Əsas Səhifə > Ölkə, Manşet > Diqqət: Düşmən qulaqlarını dörd açıb!

Diqqət: Düşmən qulaqlarını dörd açıb!


3-02-2017, 10:34
Diqqət: Düşmən qulaqlarını dörd açıb!
Moderator.az xəbər verir ki, “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov media əməkdaşları və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə deyilir:
“Əziz dostlar! Hörmətli həmkarlar!
Ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı dünəndən həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar yayıldıqca, məsələnin bəzi detalları artıq aydınlaşmağa başlıyır. Bizim Müdafiə Nazirliyinin hadisə ilə bağlı mövqeyini yəqin ki, hamı oxuyub və bilir. Məni ən çox maraqlandıran və diqqətlə izlədiyim Ermənistan mətbuatının sərgilədiyi mövqedir. Gözləyirdim ki, bunlar adı çəkilən Elnur Hüseynzadəni kamera və mikrofon qarşısına çıxarıb ondan "çox qiymətli" "hərbi və dövlət sirrlərini" göstərəcəklər. Bu saata və dəqiqəyə kimi, bədnam qonşularımız girov götürdükləri vətəndaşımızla bağlı hər hansı bir sübutedici fakt və ya etirafedici məlumat əldə edə bilmədiklərinə görə, çox gərgin vəziyyətdədirlər. Doğrusu mən bilməzdim ki, Ermənistan MN-nin sözçüsü, öz yalan-palanları ilə hətta öz xarabasında zərrə qədər hörməti olmayan Artsrun Hovhannisyan bizim Azərbaycan dilini belə "gözəl" bilir. Bu şəxs dünən Elnur Hüseynzadənin anasının yerli mətbuata verdiyi videoaçıqlamanı rəsmi olaraq Ermənistan MN-nin mövqeyi kimi paylaşaraq, ona özünəməxsus şəkildə rəy, mövqe bildirib. Bu həyasız gədə çox uzağa gedərək reallıqdan uzaq olan bəzi məsələlərə də toxunub. Dünən mən bəzi irad və narahatçılığımı ifadə edəndə məhz bu amili nəzərdə tuturdum ki, Bakıda dərc olunan ən xırda sayt və ya çap mətbuatında yerləşdirilən xəbərdən belə düşmənlər bizim öz əleyhimizə istifadə etməyə çalışırlar və onların da əsas məqsədlərindən biri və bəlkə də birincisi budur. İnformasiya müharibəsində fikir formalaşdırmaq. Bu həyasızlar hərb sahəsində o qədər savadsız və o qədər primitiv açıqlama verirlər ki, bəzən onların diletant açıqlamaları beynəlxalq səviyyədə də özünə yer tapır və Azərbaycana qarşı istifadə olunur. Fikir verin, bunlar bizim vətəndaşı diversant kimi təqdim edirlər. Əgər bunların olmayan ağlı ilə fikirləşsək ki, həqiqətən də bizim keçmiş, ya indiki hərbçimiz, fərq etməz Elnur Hüseynzadə düşmənin ərazisinə diversiya-təxribat törətməyə gedirdisə, ən azından onunla 5-8 nəfər yol yoldaşı da olmalı idi. İkincisi də, bu bədbəxtlər nə vaxtdan Azərbaycanın işğal altında olan torpaqlarını öz ərazisi kimi qələmə verirlər ki, guya biz öz ərazimizdə diversantları tapşırıq icra etməyə göndəririk? Torpaq bizim, ərazilər müvəqqəti işğalda. Bunu hamı gözəl bilir. Amma, sözümün canı var. Düşmən bizim bəzən onların ağzının üstündən vurmamağımızdan, baş vermiş hadisə ilə bağlı emosianal, tələsik fikirlərimizdən istiafdə edib, öş çirkin informasiya siyasətini həyata keçirir. Sözsüz ki, baş vermiş hadisə hər birimizi çox üzür. Ancaq, sizi inandlrmaq istərdim ki, bizlərdən daha çox həm mənəvi, həm də maddi əzab çəkən bizim Müdafiə Nazirliyinin yetkililəridir. Mən bilirəm ki, baş vermiş hadisə onları da çox narahat edir. Nə olur-olsun, xahişim və istəyim ondan ibarətdir ki, gəlin bir az səbr nümayiş etdirək. Öz rəsmi qurumumuzun məlumatları ilə paralel öz işlərimizi quraq. Sosial şəbəkə istifadəçisi olan dostlardan və tanışlardan, həmkarlarımdan da acizanə xahişim budur ki, son dərəcə ehtiyatlı və emosiyasız fikirlər yazsınlar. Düşmən yatmır. Ən xırda detallardan belə istifadə etməyə çalışır. Şəxsən, mən onun tərəfdarıyam ki, indi bütün güc və işlərimiz ona hesablanmalıdır ki, Elnur Hüseynzadənin tez bir zamanda geri qaytarılmasına nail olaq. Onu hamıdan çox doğmaları və yaxınları gözləyir. Onu da bilirəm ki, əvvəlki illərin təcrübəsi və nankor erməni xislətini bilən və ona bələd olan bir şəxs kimi deyə bilərəm ki, xaçiklər ondan öz çirkin məqsədləri üçün çox istifadə etməyə çalışacaqlar. yaxın saatlarda və ola bilsin bir-iki günə onlar Elnur Hüseynzadəni əməlli-başlı fiziki və psixoloji istiqamətdə ən sərt şəkildə qorxudacaq və ondan bəzi " faktlar" qoparıb kamera və mikrofonlar vasitəsiylə dünyaya yaymağa çalışacaqlar. Bu erməni əxlaqına uyğun bir "kişilikdir". Bu həssas məqamda gəlin öz fikir və şərhlərimizlə həm girovluqda olan vətəndaşımızın ailəsinə, doğmalarına hansısa zərər yetirməyək, eyni zamanda rəsmi qurumların, xüsusən Müdafiə Nazirliyinin nüfuzuna xələl gətirə biləcək mövqedən, münasibətdən bir qədər uzaq olaq.
Tanrı Azərbaycanımızı qorusun!
Tanrı Silahlı Qüvvələrimizə hər bir işlərində yardımçı olsun!!”

Geri qayıt