Əsas Səhifə > Ölkə, Manşet > Eldar Həsənov Bakıya gəlmək istəyir...

Eldar Həsənov Bakıya gəlmək istəyir...


27-12-2016, 09:27
Eldar Həsənov Bakıya gəlmək istəyir...
DİA.AZ: - Sabiq baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Bakıya gəlmək istəyir. Özü də birdəfəlik. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Eldar Həsənov bu barədə rəsmi Bakıya dolayı yollarla ismarıc yollayıb da. Mənbənin dia.az-a söylədikləri:

"Bu yaxınlarda onun vitse-prezidentlik iddiasında olduğu haqda informasiyalar yayıldı. Bu, həqiqət idi. Eldar Həsənov özünə yaxın olanların yanında da bu barədə arzularını ifadə edib və ümumiyyətlə, Artıq Bakıya dönmək istədiyini bildirib".

Hələlik onun bu arzularına rəsmi Bakının reaksiyasının necə olacağı bəlli deyil. Bəlli olanı odur ki, Eldar Həsənovun adı kifayət qədər ciddi korrupsiya qalmaqallarında hallandırılır və bu ittihamlara Eldar Həsənov tərəfindən hələ də hansısa formada izahat verilməyib.

Geri qayıt