Əsas Səhifə > Ölkə, Manşet > Nəqliyyat nazirliyi sürücülərə racon kəsib

Nəqliyyat nazirliyi sürücülərə racon kəsib


20-12-2016, 11:01
Nəqliyyat nazirliyi sürücülərə racon kəsib
Dekabrın 16-da Xətai rayonunda “Neftayırma” zavodunun yaxınlığında, Fəhlə prospekti ilə Babək prospekti arasındakı küçədə “Şaqman” markalı yük maşınının yolun kənarındakı divarı deşərək o bir üzü çıxmasında Bakı Şəhər DYP-nin və Nəqliyyat Nazirliyinin işçilərinin “xidmət”ini nəzərə alıb, “Şaqman” sürücülərinin Fəhlə prospektində yığışdığı çayxanaya baş çəkdik.
Sürücülər Bakı Şəhər DYP-nin və Nəqliyyat Nazirliyinin işçilərinin əlindən cana doyub desək, yanılmarıq. Təəssüf ki, sürücülər problemlərini danışsalar da, adlarını deməyə ehtiyat etdilər. Səbəbini özləri də etdiraf etdilər ki, adımızı desək, DYP və Nəqliyyat Nazirliyinin işçiləri bizi daha çox incidəcək. Maşınımızı da əlimizdən alacaqlar. Bu ölkədə adını belə dilə gətirməyin nə qədər qorxunc, təhlükəli olduğunun bir daha şahidi olduq. Bir tikə çörək üçün, ailəmizə, uşağımıza problem yaratmamaq üçün “dilimiz kəsilmiş” bir məmləkətdə yaşayırıq.Təəssüf ki, bu bir reallıqdır. Hər kəs susmağa davam edir. Haqqı pozulmuş insanlar susduqca cəmiyyət daha acınacaqlı duruma düşməkdə davam edir. Ölkədə məmur özbaşınalığı, korrupsiya da beləcə tüğyan edir.
Sürücülər Bakı Şəhər DYP-nin və Nəqliyyat Nazirliyinin işçilərinin onlardın hər birindən ayda 500 manat “aylıq ödəniş” tələb etdiklərini və hər ay bu pulu verməyə məcbur qaldıqlarını bildirdilər.
Sürücülərdən biri bildirdi ki, ayın 1-2-si olan kimi, “Raboçi” prospektini çəkib görsünlər ki, DYP işçiləri necə “dilənçilik” edirlər: “İşlədin-işləmədin, bu pulu verməlisən. Yola çıxdınsa, pulu verməsən, içəri basacaqlar. Bizə deyirlər ki, o vergini verməmisənsə, “vətən xaini”sən. Verdiymiz pula görə bizə heç bir çek vermirlər. Bu qanuni vergi deyil. Bir sözlə, yiyəsiz ölkədə yaşayırıq. Hamımız bekarçılıqdan domino oynayırıq. Qarabağ əlilləri intihar etdi. Indi də bizm canımıza düşüblər. Bu ölkədə rüşvətlə dolanırlar. Özləri də deyirlər ki, rüşvət yoxdur. O qəzaya düşən sürücü yox, DYP işçisi ölsəydi, yaxşı olardı. Çünki qəzanın səbəbkarı o olub. Sürücünü Allah saxlayıb. O cür qəzadan sağ çıxıb. O DYP işçisinə od vurmaq lazımdır. Elə DYP işçisini İranda dar ağacından asarlar. Yazsanız da, bu ölkədə heç nə düzələn deyil. Boş şeydir”.
Həmin sürücü onu da əlavə etdi ki, buraya bir keçid qoymurlar: “Burada həmişə adam ölür. Xəzər TV neçə dəfə gəlib çəkib. Heç bir işarə də qoymayıbar. DYP-yə o lazımdır ki, ölüm olsun”.
Digər bir sürücü də dedi ki, hər ay 250 manat DYP, 250 manat da Nəqliyyat Nazirliyinin işçiləri alır: “Aylıq verməyib, trasa çıxdınsa, 300 manat da cərimə alırlar. Bu da 800 manat edir. Ona görə, konkret aylığa oturmalı oluruq. Maşının da qazancı ayda min manat olur. Bununla biz necə dolanaq?! Əllərində siyahı var. Yolda maşının nömrəsinə baxıb, dalınca düşürlər. Əgər kiminsə adı yoxdursa, cərimələyirlər. Sonra da aylıq verirsən. O gün qəzaya düşən maşının sürücüsü aylıq pulu verməyib. Ona görə də qəza vəziyəti yaranıb. Deməli, pul verəndə yola çıxmaq olur, pul verməyəndə çıxmaq olmur. Yazığın bir maşını var idi. DYP işçisinin güdazına getdi. 8 nəfər külfət ac qaldı. Axı, DYP işçisinin nə ixtiyarı var ki, kiminsə maşınını sürüb aparsın?! Belə özbaşınalıq olmaz. DYP işçisi istəyib ki, maşını saxlatdırib, cərimə meydançasına aparsın. Sürücü maşını skorosta saxlayıb düşüb. Sürücüyə deyib ki, cərimə meydançasına sür. O da deyib ki, müdiriyyətim deyib sürmə, sürmürəm. DYP işçisi belə olanda maşına oturub. Sürücü də istəyib ki, onun əlindən maşını alısn və DYP işçisini maşından düşürüb. Ancaq maşını saxlamağı çatdıra bilməyib, maşın gedib divarı deşib. İndi sürücünün vəziyyəti orta ağırdır”.
Başqa bir sürücü də əlavə etdi ki, əvvəllər cəmi 50 manat pul veriridik: “Onda iş də yaxşı idi. Təxminən 3 ildir ki, hər ay 500 manat veririk. 250 manat DYP, 250 manat da Nəqliyyat Nazirliynin işilərinə. Əvvəl yanacaq da 45 qəpik idi. Işimiz yaxşı idi deyə verə bilirdik. Ozümüz də dolanırdıq. Onlara da verə bilirdik. Ancaq indi nə işimiz, nə də qazancımız var. İki ildir ki, yanacaq da 60 qəpikdir. İndi onlara da pul verə bilmirik. Özləri bu vəziyyəti başdan yaradıblar. Əslində, bizə axşam saat 8-9-dan sonra işləməyə ixtiyar verilib. Onda da incidirlər. Əlavə hər bir prospektin öz aylığı var. “Maskovski”nin , “Raboçi”nin, “Yasamal”ın öz aylığı var”.
Bir sürücü isə qeyd etdi ki, Işləyib elə onlara, təkərə, ehtiyat hissələrə veririk: “Günbəgün təkərin də qiyməti qalxır. Biz indi onlara verilən pulu qazana bilmirik. Məcbur edib alırlar. Adımızı deməyə qorxuruq. Ona görə də bu vəziyyətdəyik. Adımızı desək, gəlib maşını da aparcaqlar”.
Çayxanada olan təxminən 10-15 nəfər “Şaqman” sürücüsünün hamısı Bakı Şəhər DYP-nin və Nəqlqiyyat Nazirliyinin işçilərinin hər ay onlardan 500 manat pul aldqlarını təsqdiqlədi.
Rüşvət yoxdur deyilən ölkədə hələ bu kiçik məmurların aldıqları rüşvətdir. Görün, iri, korrupsioner məmurlar dövlətin nə qədər vəsaitini talan edirlər?! Elə ona görə də sadə vətəndaş normal yaşamaq imakanlarından məhrum qalıb.

Geri qayıt