Əsas Səhifə > Ölkə, Manşet > Eldar Mahmudovun “Akula Akif”lə bağlı ilginc gedişləri...

Eldar Mahmudovun “Akula Akif”lə bağlı ilginc gedişləri...


17-11-2016, 08:51
Eldar Mahmudovun “Akula Akif”lə bağlı ilginc gedişləri...
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının əsas simalarından biri olan “Akula Akif” ləqəbli Akif Mustafayev barəsində Gununsesi.info-ya maraqlı məlumat daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, cəmiyyətdə “Akula Akif” ayaması ilə məşhurlaşan Akif Mustafayevin MTN-də başqa bir adı da varmış. MTN rəhbərliyi onların qulluğunda duran, iş adamları barədə məlumatları nazirliyə sızdıran Akif Mustafayevə öz aralarında “Kilkə Akif” deyirmiş. “Kilkə” sonradan MTN-də Akif Mustafayevin kod adına çevrilib.

Eldar Mahmudovun “Akula Akif”lə bağlı ilginc gedişləri...

Bununla yanaşı Eldar Mahmudovla “Kilkə Akif”in ailəvi münasibətləri də olub. Məhz bu münasibətlərin hesabına Akif Mustafayevin həyat yoldaşı Xədicə Mustafayeva MTN-nin Tibb Xidmətində işə qəbul edilib 6-7 ilin içərisində polkovnik rütbəsi alıb.
Məlumatda o da qeyd olunur ki, Eldar Mahmudovun “vurulmasından” sonra sonra Xədicə Mustafayevə orqandan xaric edilib.

Geri qayıt