Əsas Səhifə > Ölkə, Manşet > Beynəlxalq Bankın milyonlarının izi kinoya qədər gedib çıxdı

Beynəlxalq Bankın milyonlarının izi kinoya qədər gedib çıxdı


14-11-2016, 10:07
Beynəlxalq Bankın milyonlarının izi kinoya qədər gedib çıxdı
Rusiyanın “Non-Stop Production” kino şirkətinin yeni səhmdarı meydana çıxıb. Bu, Lüksemburqda qeydiyyatdan keçmiş “Excalibur” offşor şirkətidir.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, prodüser Aleksandr Rodnyanskiyə məxsus olan kino şirkətinin səhmlərinin 49 faizini əldə edən “Excalibur” Azərbaycanın “Aqrarkredit” bankının törəmə şirkətidir. “Aqrarkredit” Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini idarə edir. Onun Lüksemburqda təsis etdiyi offşor şirkət isə Rusiya kino şirkətinin səhmlərinin 49 faizini Cahangir Hacıyevin idarəçiliyi dövründə ayrılmış kreditə görə alıb.

Bildirilir ki, “Aqrarkredit” Rusiyanın “Vertikal Kapital” şirkəti ilə anlaşaraq Rodnyanskinin şirkətinin səhmlərinin kredit borcuna görə alınması barədə iddia qaldırıb. Rodyanskinin “A-Company Distributsiya” və “Aleksandr Rodnyanskiy Films Ltd” şirkətləri “Aqrarkredit” qarşısında 4 milyon dollar və 290 milyon rubl borc öhdəliklərinə malikdir. Bu şirkətlər vaxtilə “MBA-Moskva” tərəfindən ayrılmış krediti geri ödəyə bilməyiblər.

“Excalibur” şirkətinin investisiya partnyoru olan AR Films şirkətinin rəhbəri Fyodor Petrov deyib ki, şirkətin “MBA-Moskva” qarşısında ümumi məbləği 4 milyon dollara qədər olan bir neçə kredit müqaviləsi üzrə öhdəlikləri var. Lakin şirkətin səhmlərinin 49 faizini borca görə verməsi ona məlum deyil. “Vertikal Kapital” d bu barədə məlumatlı olmadığını açıqlayıb.

Rusiya Mədəniyyət Nazirliyinin məlumatına görə “Non-Stop Production” şirkəti “Stalinqrad”, “Dyatlov aşırımının sirri”, habelə qalmaqallı “Leviafan” filminin istehsalçısıdır.


***

Rusiyalı kinoprodüser Aleksandr Rodnyanskiyə məxsur "Non-Stop Production" şirkətinin səhmlərinin 49%-i Lüksemburqun "Excalibur" şirkətinə satılıb. "APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, "Excalibur" "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli kreditlərini idarə edən "Aqrarkredit" QSC-yə məxsusdur.

Rusiya şirkəti ABB-dən kredit götürüb.

"Aqrarkredit" QSC-nin əsas məqsədi problemli kreditlərin effektiv şəkildə qaytarılmasıdır. Bunun üçün QSC "Vertikal Kapital" şirkəti ilə müqavilə imzalayıb. Sonuncu artıq A. Rodnyanskiyə etirazını rəsmi qaydada bildirib. A. Rodnyanskinin "Aqrarkredit"ə 4 mln. dollar və 290 mln. rubl borcu var. "Vertikal Kapital"ın açıqlamasına əsasən, prodüserin şirkəti ABB-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva" qarşısındakı öhdəliyini yerinə yetirməkdə də çətinlik çəkir.

"Excalibur" şirkətinin investisiya tərəfdaşı olan "AR Films"in rəhbəri Fyodor Petrov bildirib ki, onun şirkətin "ABB-Moskva" ilə bir sıra kredit müqaviləsi var. Müqavilələrin ümumi dəyəri 4 mln. dollardır.
Geri qayıt