Əsas Səhifə > Ölkə, Manşet > Nazirin yaxın adamı meydan sulayır

Nazirin yaxın adamı meydan sulayır


4-10-2016, 10:57
Nazirin yaxın adamı meydan sulayır
DİA.AZ: - Gəncə Humanitar Kollecinin direktoru Fəxrəddin Zamanov barədə DİA.AZ-a "Elgün Mirzəyev" adlı şəxs tərəfindən ciddi iddialarla dolu material göndərilib. Həmin yazını olduğu kimi təqdim edirik:

"Fəxrəddin Zamanov hazırda 20-dən çox müəllimi ixtisar edir. Özü də onlara deyir ki, gedin, hara istəyirsinizsə, şikayət edin. Bu o Fəxrəddin Zamanovdur ki, Gəncə Texniki Kollecini də Humanitar Kollecə birləşdirilməsində təhsil naziri Mikayıl Cabbarovun atası Çingiz Cabbarovun imkanlarından istifadə edərək etdi. Qarşılığında ona Gəncədə Vatutin küçəsində yerləşən və Çingiz Cabbarovun adına özəlləşdirilən 5 saylı uşaq bağçasının binasını ev kimi istifadə etmək üçün sonradan oranın təmirinə 200 min manat pul xərclədi. Orda-burda danışan Fəxrəddin Zamanov bildirir ki, mən nazirin atasına arxalanmışam, ağlım kəsəni də edəcəm. Özünüz görürsünüz ki, xeyir-şər məclislərində Çingiz Cabbarov mənlə gəlir, mənlə gedir. Bu da mənim onunla yaxınlığıma bir nümunədir. İndi bağçaların Təhsil Nazirliyinə verilməsindən danışırlar. Guya canları yanır məktəbəqədər uşaqlara. Amma bunu düşünənlər əvvəldən fikirləşməli idilər ki, Vatutin küçəsindəki bağçanı niyə özəlləşdirirlər. Fəxrəddin Zamanov bu səbəbdən birləşmə nəticəsində direktor olduğu hər iki kollecdə bu yay 500 tələbənin hər birindən 200 manatdan pul aldı. Özü də bu pulu Saday Nəzərovun bacısı yığdı. Bunlar hamısı bir zamanlar Sürətin yanında olan adamlar idi. Şöbə müdiri Etibar müəllim Fəxrəddin Zamanova pul yığmağa o da dəstək olur. Bu gün Fəxrəddin Zamanov texnikomu bazar çevirib. Tələbəyə də, müəllimə də, xidmətçiyə də, hamıya biznes gözü ilə baxır. Bütün şəxslərdən pul umur. Və orda-burda da açıqca danışır. Nazirin atası arxamdı, bunu Mikayıl Cabbarov da bilir, bu gün-sabah Gəncədəki universitetlərin birinə rektor gedəcəm. Hər şey pul ilədi, pul da məndə! İndi baxın görün ki, təhsil müəssisələrinə kimlər rəhbərlik edir".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt