Əsas Səhifə > Ölkə, Manşet > "Azərişıq" işçiləri vətəndaşlara necə tələ qurur...
"Azərişıq" işçiləri vətəndaşlara necə tələ qurur...23-08-2016, 09:46 |
İmişli Regional Elektrik Şəbəkəsi ilə bağlı Conflict.az-a maraqlı məlumat daxil olub. Məlumatı verən mənbə bildirir ki, şəbəkənin kəndlərə nəzarət edən əməkdaşları bəzi kənd sakinlərindən müxtəlif məbləğdə qeyri – rəsmi vəsait ödənilməsi müqabilində onlara elektrik xəttlərinə kənar müdaxilələr təklif edirlər. Bir neçə gün sonra isə həmin əraziyə “yoxlama” məqsədi ilə gələn başqa nəzarətçi elektrik xəttinə kənar müdaxiləni “aşkarlayır” və həmin şəxs qanunla müəyyən edilmiş məbləğdə cərimələnir. Məsələ ilə əlaqədar Şəbəkə rəisi Mətləb Nəcəfova edilən müraciətlərə isə o birmənalı şəkildə “Get prezidentə teleqram vur. Bu sənin qanuni haqqındır. Əgər teleqram vurmağa pulun yoxdursa, onu da mən verim” – deyə əslində şikayətçiyə cavab vermir, sadəcə istiqamətləndirir. Əgər İmişlidə ən xırda problemin həlli belə ölkə başçısından gözlənilirsə, onda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, onun müavinləri və ya digər səlahiyyətlilərin vəzifələri nədən ibarətdir? Və ya İmişli Regional Elektrik Şəbəkəsinin rəisi Mətləb Cəfərov ondan və əməkdaşlarından narazı olanları nədən “Azərişıq”ın rəhbərliyinə deyil, məhz ölkə prezidentinə şikayət üçün isitqamətləndirir? Sözsüz ki, bu tip istiqamətləndirmələr səbəbsiz deyil. Tutaq ki, bu günlərdə adını dəqiqləşdirə bilmədiyimiz Qulubəyli kənd sakini Mətləb Nəcəfovun qəbulunda olarkən mənbəmizin də şahidi olduğu görüş zamanı şəbəkə rəisinə söylədiklərini özünə haqq qazandırmaq üçün deyib. Biz də Conflict.az olaraq istər sadə vətəndaş, istərsə də dövlət görəvlisinin qanunsuz hərəkətlərinə haqq qazandırmırıq. Bəs şəbəkə rəisi nədən əməlinə haqq qazandırmaq üçün hətta yalan məlumat verən şikayətçini həqiqətin ortaya çıxması üçün məhkəməyə deyil, məhz prezidentə müraciət etməyi məsləhət görür? Həm də çəkiləcək xərci belə özünün qarşılaya biləcəyini təklif etməklə. Ölkə başçısına edilən müraciətlərin göndərilmə xərclərini ödəyəcək qədər vəsait görəsən Mətləb Nəcəfovda haradandır? Yazıda adı çəkilən qurumların və şəxslərin də mövqelərini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq. Geri qayıt |