Əsas Səhifə > Ölkə, Manşet > «Tosoil» yanacaqdoldurma məntəqəsi sürücüləri belə aldadır

«Tosoil» yanacaqdoldurma məntəqəsi sürücüləri belə aldadır


15-08-2016, 09:55
«Tosoil» yanacaqdoldurma məntəqəsi sürücüləri belə aldadır
Anar Məhərrəmov adlı oxucumuz Bakı-Sumqayıt yolunda – «Ekologiya postu»nun yanında fəaliyyət göstərən «Tosoil» yanacaqdoldurma məntəqəsinin sürücüləri aldatması ilə bağlı redaksiyamıza müraciət edib. O bildirib ki, fotoda təqdim olunan kartı postun arxasındakı «Tosoil» YDM-dən alıb: «Bu kartı ancaq 10 AZN-dən yuxarı benzın vuranda istifadə etmək olur, «Ekologya postu»ndan şəhərə gələn yoldakı yeni yanacaqdoldurma məntəqəsindən 20 manatlıq benzin vuranda bonus kartımı verdim, Ancaq dedilər ki, bunu aldığınız yerdə istifadə edə bilərsiniz. Kartın arxasında isə «Tosoil» şirkətınə məxsus olduğu bildirilir». Maraqlıdır, Bakıda «Tosoil»in bonus kartını alan sürücü Sumqayıtda yanacaq almaq istəyərsə o zaman belə çıxır ki, mütləq Bakıya gəlmək lazımdır. Bu isə sürücülərin haqlı narazılığna səbəb olur.

«Tosoil» yanacaqdoldurma məntəqəsi sürücüləri belə aldadır
«Tosoil» yanacaqdoldurma məntəqəsi sürücüləri belə aldadır

Geri qayıt