Əsas Səhifə > Ölkə, Manşet > Saatlıda 143 manatlıq 200 iş yeri müəmması:

Saatlıda 143 manatlıq 200 iş yeri müəmması:


1-08-2016, 10:09
Saatlıda 143 manatlıq 200 iş yeri müəmması:
Saatlı rayonunda baş verən ilginc maxinasiya haqda redaksiyamıza məlumat daxil olub. Saatlı rayon maliyyə idarəsindəki mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə son devalivasiya və bahalaşma prosesi zamanı yaranmış sosial narazılığın qarşısın almaq üçün rayon rəhbərliyi tərəfindən maraqlı əməliyyat həyata keçirilib.
Mənbənin məlumatına görə bu ilin əvvəllərində iki yüzə yaxın rayon sakininin işlə təmin olunması prosesinə başlanıb. Rayon icra hakimiyyəti tərəfindən aparılan prosesdə yüz nəfərin komunal təsərrüfat birliyində (“kamxoz”), yüz nəfərin isə “İnkişaf” MMC-də işə düzələcəyi bildirilib. İlk vaxtda ərizələri alınan və “işə götürülən” vətəndaşlara 250 manat əməkhaqqı alacaqları bildirilib, amma bir ayın tamamında onlara 143 manat maaş verilib. İlk ayın əməkhaqqısının verilmə prosesi də maraqlı olub. Belə ki, təxminən ikiyüzə yaxın şəxsə maaşı icra hakimiyyətinin memarlıq şöbəsinin baş məsləhətçisi Əliabbas adlı şəxs paylayıb. Bu haqda cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə əməkhaqqı cinayət törədilmiş kimi gizli şəkildə rayon xəstəxananın yanındakı beşmərtəbənin arxasındskı parkda verilib və hər kəsə adi kağıza imza atdırılıb.
Radaksiyamıza daxil olan məlumata görə “yeni iş yeri kimi işlə təmin olunan” və müəmmalı 143 manatı alan şəxslər arasında icra hakimiyyətinin sıravi işçiləri, hətta icra başçısının Zaur adlı köməkçisi də var. İkinci aydan etibarən isə müəmmalı iş yerlərinin əməkhaqqısı KapitalBankın Saatlı rayon filialı tərəfindən kart vasitəsilə verilir. Maraqlıdır ki, bu günədək həmin şəxslər harda işlədikləri, hansı işin yiyəsi olduqları haqda heç bir məlumata malik deyillər.
Prosesdə adı keçən qalmaqallı “İnkişaf” MMC və bütün bu əməlliyatın KapitalBankın Saatlı rayon filialının rəhbəri Sakit Zahidovla əlaqəsi haqda da ilginc məlumatlarımız var və bu haqda növbəti yazımızda bəhs edəcəyik.

Geri qayıt