Əsas Səhifə > Ölkə, Manşet > MTN-nin “baş torbatikən”inin Çexiyada biznesi üzə çıxdı

MTN-nin “baş torbatikən”inin Çexiyada biznesi üzə çıxdı


18-07-2016, 10:37
MTN-nin “baş torbatikən”inin Çexiyada biznesi üzə çıxdı
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin Çexiyada böyük biznesi var. MTN-in baş istintaqçısı olmuş Mövlam Şıxəliyev bu biznesi hələ beş il öncə yaradıb. Bu barədə Gununsesi.info-ya Mövlam Şıxəliyevə yaxın mənbə məlumat verib. Mənbəmizin sözlərinə görə, generalın Çexiya paytaxtı Praqada bir neçə restoranı var. Onların idarəçiliyi isə oğlundadır.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas üzvlərindən biri olan Mövlam Şıxəliyev saxta-qurama ittihamlarla şərlənən yüzlərlə insanın həyatını məhv edənlərdəndir. Onun əlinin altında olan istintaqçılar son illər ərzində yüzlərlə Azərbaycan vətəndaşını qanunsuz həbsə yollayıb.
Mövlam Şıxəliyevin azadlıqda qalması isə cəmiyyətdə ciddi suallar doğurur. Görünür, Mövlam Şıxəliyevin həbsə girməsinə mane olanlar var. Yaxın günlərdə azadlıqda qalan şəbəkənin əsas simalarından biri olan bu adam barəsində daha geniş araşdırmamızla tanış ola biləcəksiniz.

Geri qayıt