Əsas Səhifə > Ölkə, Manşet > «Bu hinduşkayığanları bura niyə çağırmısınız?»

«Bu hinduşkayığanları bura niyə çağırmısınız?»


24-06-2016, 11:50
«Bu hinduşkayığanları bura niyə çağırmısınız?»
Ağcabədi rayon icra başçısının müavini Naibə Mustafayeva bir müddət biologiya müəllimi kimi çalışıb. Sonradan ulduzu necə parlayıbsa, onu İcra Hakimiyyətində mühüm posta çəkiblər. Amma bu, müavin xanım o qədər emosional, çılğın və aqressivdir ki, bəzən harada olduğunu, nə etdiyinin fərqinə varmır.

DİA.AZ jam.az-a istinadla xəbər verir ki, Mustafayeva ötən günlərdə təhsil şöbəsinin müdiri Mehdi Əhmədova zəng edərək, ondan bundan sonra təhsil sahəsinə nəzarət etməməyi tələb edib (?!).

Üstəlik, ona çatdırıb ki, bəs, Əhmədovun adı artıq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin «qara siyahı»sına düşüb və bu səbəbdən də Təhsil Şöbəsində yalnız müavinin təlimat və tapşırıqlarını yerinə yetirməlidir. Dünyanın heç bir ölkəsində belə idarəetmə mexanizmi yoxdur və olmayacaq. Görünür, Naibə xanım, bir ilkə imza atır.

Qeyd edək ki, xanım müavinin işləri bununla da bitmir. Onun bu yaxınlarda qəbula gəlmiş insanların qarşısında media nümayəndələri ilə davranışları da çox «unikal»dır. Bakıdan Prezident Admnistrasiyasının kuratoru da daxil olmaqla bir neçə qonağın, habelə icra başçısı və digər rəsmilərin iştirakı ilə qəbul keçirilirmiş.

Bu zaman AzTV, Space, ATV və digər telekanalların, habelə dövlət və özəl media nümayəndələri də prosesdə iştirak edirmiş. Qəbuldan az əvvəl otağı yoxlayan Nayibə xanım, sağına və soluna baxaraq, bütün media işçilərinə üzünü tutub, «Bu hinduşkayığanları bura niyə çağırmısınız?» deyə bildirib.

İcra başçısının müavininin mediaya, özü də dövlətin nəzarəti altında olan mətbuat nümayəndələrinə olan bu qədər aqressiyanın səbəbini bilən yoxdur. Hər halda adam durub, durduğu yerdə bütün media nümayəndələrini bu şəkildə aşağılayırsa, o zaman iki versiya ortaya çıxır.

Birincisi, Ağcabədi İcra Hakimiyyətində mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinə pataloji nifrət var. Və Nayibə Mustafayevada həmin nifrətdən dolayı belə davranıb. İkincisi isə Nayibə Mustafayevanın xasiyyətindəki tündlük, onun psixoloji vəziyyətinin qeyri-stabil olmasıdır. Çünki normalda insan durub, durduğu yerdə, ələlxüsus məmur belə bir ifadə işlətməzdi.

Sonda «Hinduşkayığanlar» olaraq bizim çox hörmətli və izzətli Nayibə xanım Mustafayevaya bir sualımız var: Nayibə xanım, çox kiçik əmək haqqı almaqla, hələ biologiya müəllimi işlədiyiniz dönəmdə Ağcabədi rayonunun mərkəzində ikimərtəbəli evi necə tikidirə bildiniz? Ümid edirik ki, sualımıza səmimi cavab verəcəksiniz.

Geri qayıt