Əsas Səhifə > Ölkə, Manşet > Aydın Əliyevin nəzərinə: Burada rüşvət tüğyan edir...
Aydın Əliyevin nəzərinə: Burada rüşvət tüğyan edir...6-06-2016, 09:46 |
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin sədri Aydın Quliyev dünən ANS kanalında "göçrükdə rüşvət yoxdur" kimi açıqlaması ilə diqqətə gəldi. Bi isə elə hörmətli DGK şefinin tərəfindən Astara Gömrük İdarəsinə rəis təyin edilən Sücəddin Hüseynovun “kral adətləri” ilə bağlı faktları təqdim edirik. Çünki Sücəddin Hüseynov Astaraya qədəm qoyar-qoymaz özünü “kral” kimi aparmağa başlayıb. DİA.AZ bildirir ki, Sücəddin Hüseynov Astaraya gəlməmişdən əvvəl Xudafərin Gömrük İdarəsində rəis vəzifəsini icra edib. Xudafərin gömrüyü gəlir baxımından elə də strateji gömrüklərdən biri hesab olunmasa da, Sücəddin Hüseynov burda belə özünün “kübar” həyat səviyyəsi ilə diqqəti cəlb edib. Belə ki, hər bir maşınına ayrı-ayrı sürücü tutan Sücəddin Hüseynov həmçinin şəxsi aşpaz da saxlayıb və ancaq həmin aşpazın bişirdiyi yeməklərdən yeyib. “Gəlirinin az olmasına” baxmayaraq Sücəddin Hüseynov Aran Qarabağda, həmçinin Bakıda özünə ciddi biznes sahələri də yarada bilib və həmin biznes sahələri hələ də öz faliyyətini davam etdirməkdədir. Astaraya gəldikdən sonra isə Sücəddin Hüseynovun ilk işi özünün şəxsi aşpazını Astaraya gətirmək olub. Aşpazı ilə bərabər qaynı Şövqünü də Astara Gömrük İdarəsində ikinci şəxsə çevirən Sücəddin Hüseynov bundan sonra rahat bir şəkildə kabinetini krallara layiq təmir etdirib köhnə rəisdən qalan hər şeyi kabinetindən atan Sücəddin Hüseynovun kabinetin təmirinə 50 min manatdan artıq vəsait sərf etdiyi bildirilir. Etibarlı aşpazı isə həmişə qulluğunda dayanır və öz “kralını” hər cür təhlükədən qoruyur. Keçid məntəqəsini isə qaynı Şövqü idarə edir. Düzdür, bəzi hallarda aşpaz da işə qarışır, amma Astara keçid Məntəqəsində bir mənalı olaraq “at oynadan qoçu” məhz Şövqüdür. DİA.AZ bildirir ki, Astaraya gəldikdən sonra Sücəddin Hüseynov yeni qaydalar və yeni gəlir yerləri açıb. İddialara görə, Xudafərin Gömrük İdarəsində o qədər də əli-qolu açılmayan rəis Astara “yüksək” sürət yığıb və artıq Astara gömrüyündə ciddi narazılıq obyektinə çevrilib. Qısa zamandır Astaraya gəlməsinə baxmayaraq, ondan olunan şikayətlərin sayı da artıb. Çünki Astara Gömrük İdarəsinə rəis təyin olunandan qısa müddət sonra Sücəddin Hüseynov keçid məntəqəsində özünə məxsus gəlir mənbələri və qaydalar yaratmağa başlayıb. Məlumatlı mənbəmiz dia-az.life-a açıqlamasında iddia edir ki, gömrük rəisinin gəlir mənbəyi işlərinə Şövqü adlı qaynı rəhbərlik edir. Belə ki, yerli əhalidən sərhədi keçən hər kəs bir başa Şövqü ilə görüşməli və onun təlimatı ilə sərhədi keçib geri dönməlidir. Qeyd edək ki, bu günlərdə KİV-lərdə Astara Gömrük İdarəsində siqaret qaçaqmalçılığı ilə bağlı özünün ciddi araşdırması diqqətə gəldi. Mənbə bildirir ki, Şövqü İrandan qaçaqmal yolu ilə siqaret keçirtdiyi kimi, eyni zamanda meyvə və tərəvəz məhsulları da keçirir. Belə ki, Sücəddin Hüseynov Astaraya təyinat aldıqdan sonra Şövqünün bir neçə həmyerlisi İrandan müxtəlif növ meyvələri gətirməklə məşğul olurlar. Mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, idarə rəisinin adamları tərəfindən İrandan gətirilən həmin meyvələr gömrükdə qeydiyyata alınmır və rüsum ödənilmir. Əslində isə Bakı şəhərinə daşınan bu meyvələrin sahibi Sücəddin Hüseynovla Şövqü olduğu bildirilir və həftədə iki dəfə Sücəddin Hüseynovun adamları İrandan tonlarla meyvə keçirib Bakıya aparır və burda satırlar. Əldə olunan külli-miqdarda gəlir isə bölüşdürülür. Məlumata əsasən, hazırda idarə rəisi Xudafərində olduğu kimi vaxtının çoxunu Bakıda və xaricdə keçirir. Astara Gömrük İdarəsini isə qeyri-rəsmi olaraq Şövqü idarə edir. Şövqünün yeni metodları ilə çalışmaq istəməyən yerli sakinlər isə müxtəlif problemlərlə üzləşirlər. Bu barədə növbəti yazımızda. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |