Əsas Səhifə > Ölkə, Manşet > "Cənab prezident, biz bir əsgər kimi əmrinizi gözləyirik"

"Cənab prezident, biz bir əsgər kimi əmrinizi gözləyirik"


28-04-2016, 10:19
"Cənab prezident, biz bir əsgər kimi əmrinizi gözləyirik"
DİA.AZ: - Artıq cəbhə xəttində vəziyyətin fərqli mahiyyət alması, düşmənin öz xislətinə uyğun olaraq əsasən dinc sakinləri hədəfə alması onsuz da səbr kasası çoxdan daşan Azərbaycan gənclərində qəzəb oyadıb. Bununla bağlı DİA.AZ-a yazan bir qrup Bakı Dövlət Universiteti tələbəsi portalımız vasitəsilə Ali Baş Komandan, prezident İlham Əliyevə müraciət də ünvanlayıblar.

Həmin müraciətdə deyilir: "Cənab prezident, biz bir əsgər kimi əmrinizi gözləyirik. Daha bağrımız yarıldı, ürəyimiz partladı. Biz Sizdən səfərbərlik ƏMRİ gözləyirik. Hamılıqla silaha sarılıb təkcə Qarabağaı deyil, bütünlükdə Qərbi Azərbaycanı azad edəcəyik. Biz bu ruhdayıq və Sizin bir Ali Baş Komandan kimi döyüş əzminizə, milli qyerətinizə tam olaraq inanır, güvənirik. Məhz Sizin rəhbərliyiniz altında bu tarixi an olacaq və İlham Əliyevin adı uzun illər sonra Azərbaycan türkünün tarixinə Şah İsmayıl Xətai Babamızın GERÇƏK VARİSİ kimi həkk olunacaq.

Cənab prezident. Əmrinizdəyik və Sizdən BÖYÜK SAVAŞ əmri gözləyirik".

Geri qayıt