Əsas Səhifə > Ölkə, Manşet > Daha 4 bankın bağlanması hələ də gündəmdədir

Daha 4 bankın bağlanması hələ də gündəmdədir


31-03-2016, 11:14
Daha 4 bankın bağlanması hələ də gündəmdədir
DİA.AZ: - 2-ci devalvasiyadan sonra müşahidə olunan gərginlik səngimiş kimi görünsə də, hələ də ölkənin bank sektorundakı təlatümlər sona çatmayıb. Bu barədə DİA.AZ-a bank sektroundakı qaynaqlar informasiya verib.

Mötəbər mənbənin iddialarına görə, konkret olaraq 4 bankın bağlanması aktuallığını qoruyur. Dia.az-a söylənilənlər:

"“Unibank”, “AGBank, “DemirBank” və “MuganBank”-ların bağlanması gözlənilir. Eyni zamanda onların bazasında yeni bank yaradıla bilər. Hələlik qəti qərar verilməyib. Amma bank sektroundakı islahatlar davam etdiriləcək".

Onu da qeyd edək ki, "Unibank" bu gün kredit bazarında ciddi paya sahib olduğundan bu bankın ömrünün süni şəkildə uzadılması da az qala zərurətə şevrilib. Bunu vurğulayan mənbə dia.az-a əlavə olaraq onu da bildirib ki, hazırda "Unibank"dakı kredit borclarının təsnifatı aparılır.

Geri qayıt