Əsas Səhifə > Ölkə, Manşet > Baba Rzayevin işçiləri narazılıq yaradır
Baba Rzayevin işçiləri narazılıq yaradır10-03-2016, 10:04 |
“AZƏRİŞIQ” ASC-nin Xətai Enerji İstismarı İdarəsi vətəndaşların kütləvi narazılığına səbəb olan bir addım atıb. Daha doğrusu, 170 mənzilli bir binanın sakinlərini qarşı kollektiv tərbiyyə metodu ilə cəzalandırmaq istəyir. Bu barədə məlumatı Azinforum.az-a Xətai rayonu Məhəmməd Hadi küçəsi 23/24-cü ünvanda yaşayan sakinlər veriblər. Şikayətlə bağlı həmin binada olan Azinforum.az-ın əməkdaşının verdiyi məlumata görə, sakinlər işiqlarının tam əsassız yerə kəsildiyini deyillər: “18 mərtəbəli bina tam iflic olub. Elektrik enerjisinin kəsilməsi səbəbindən nə lift işləyir, nə də suyumuz gəlir. Binada yaşayan bir neçə şəxsin işıq borcu olduğunu deyillər. Buna görə kim icazə verib ki, bütün sakinləri narahat etsinlər? Bu gün binaya iki təcili yardım maşını gəlib. Həkimlər xəstənin yanına – 17-ci mərtəbəyə ayaqla qalxmağa məcbur olub. Kiminsə borcu varsa, onun işığını kəssinlər da… Bütün bunadan acıq çıxmaq nəyə lazımdır?” Azinforum.az-ın əməkdaşı Xətai Enerji İstismarı İdarəsi ilə əlaqə saxlayıb. Özünü mühəndis kimi təqdim edən şəxs bildirib ki, binanın işiqları bəzi mənzillərin və binanı istismara verən MMC-nin onlara borcunun olması ilə bağlıdır: “Pul ödənilməyənə qədər binanın işıqları verilməyəcək”. İşıqları kəsilən binada yaşayanlardan biri də, tanınmış siyasətçi, sabiq millət vəkili Ramiz Tağıyevdir. O, Azinforum.az-a açıqlamasında bildirdi ki, yaşanan vəziyyətdən böyük təəssüf hissi keçirir: “Mən bir neçə dəfə həmin idarə ilə əlaqə saxlasam da, onlara ölkə qanunvericiliyini başa sala bilmədim. Bunun bir adı var, HARINLIQ! Mənim enerji üçün borcum yoxdur. Yoxlaya bilərsiniz, gələn ay üçün də ödəmişəm. Hansı əsasla məni narahat edirlər? Problem tez bir zamanda öz həllini tapmasa, biz bütün sakinlərlə birgə etiraz aksiyasına əl atacayıq. Bizi buna Baba Rzayevin səriştəsiz idaretməsi və işçiləri vadar edir”. Geri qayıt |