Əsas Səhifə > Ölkə, Manşet > Ağstafanın icra başçısı da dəyişdirilir...

Ağstafanın icra başçısı da dəyişdirilir...


23-02-2016, 09:30
Ağstafanın icra başçısı da dəyişdirilir...
DİA.AZ: - Daha bir rayonun icra hakimiyyətinin başçısı vəzifə başında 5 ilini tamamlamaq üzərədir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, adı əvvəlindən "vurulacaq" icra başçıları sırasına düşən Asğatafa RİH rəhbəri Məhərrəm Quliyev zatən "yuxarılar"ın nəzərində mənfi reputasiyaya malik idi.

Mənbənin dia.az-a spylədikləri: "Yaxın günlərdə Quliyev işindən alınır. Onun hansısa başqa vəzifəyə təyinatı gözlənilən deyil. Elə buna görə də Quliyev indidən özünə yeni iş yeri axtarmaqla məşğuldur. Hətta himayəsində olduğu dairələrdən də bu barədə xahişdə bulunub".

Qeyd edək ki, Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 2003-cü ildən Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006–cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Dia.az onu da bildirir ki, bu gün Məhərrəm Quliyevin rəhbərlik etdiyi rayon icra hakimiyyəti rəsmi olaraq barəsində ən çox şikayət olunan dövlət qurumları arasında ilk yerlərdə qərar tutub.

Geri qayıt