Əsas Səhifə > Ölkə, Manşet > Fazil Məmmədov prezidentin əziyyətini niyə yerə vurur?
Fazil Məmmədov prezidentin əziyyətini niyə yerə vurur?17-02-2016, 09:51 |
DİA.AZ: - "Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən əlavə tədbirlər görəcək". Qeyd edək ki, dünən bu sözləri Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edən prezident İlham Əliyev deyib. Dövlət başçısı əlavə olaraq bildirib ki, xüsusilə xaricə ixrac edilən məhsullara təşviq sistemi tətbiq olunacaq. Məhsulu xaricə satan sahibkar dövlət tərəfindən vəsait alacaq ki, bu işə daha da həvəs göstərsin, daha da keyfiyyətli məhsul yetişdirsin və ölkəyə valyuta gəlsin: "Çünki bizim əsas valyuta mənbəyimiz neft və qazdır, bu da azalıbdır. Ona görə, biz gərək qeyri-neft sektoru hesabına ölkəmizə valyuta axınını təmin edək və bu sahədə əlbəttə ki, kənd təsərrüfatı birinci yerdədir". DİA.AZ bildirir ki, əslində prezident İlham Əliyev bu gün ölkəni neftin ucuzlaşması səbəbindən yaranmış böhrandan çıxarmağa çalışsa da, bu kimi təşəbbüslərdə əngəl kimi çıxış edən məmurlar da var. Və elə onlardan biri də Vergilər Nazirliyinin bəzi işçiləridir. Xatırladaq ki, keçən günlərdə dia-az.life olaraq Bərdədən olan bir qrup sahibkarın şikayətini təqdim etmişdik. Və aydın olurdu ki, onlar uzun illərdir ölkəyə məhz kənd təsərrüfatı məhsullarının ixracı hesabına valyuta gətirsələr də, bu gün əksəriyyəti qanunsuz vergi cərimələri ilə məhkəmələrdə və həbslərdə əzab çəkirlər. Amma görünəni isə odur ki, prezidentimiz bu gün kənd təsərrüfatılnın dirçəldilməsində, inkişafında, ölkənin gələcəyinin qarantı olması yolunda ciddi addımlar atır və bu siyasət prioritet təşkil etməkdədir. Lakin hələ də maneələrin olduğu da ortadadır. Özü də bu maneəni vergilər nazirliyi təşkil etməkdədir. DİA.AZ olaraq həmin bərdəli sahibkarların şikayətini diqqətinizə təqdim edirik: Bərdə rayon sakinləri Hidayətov Yaqub Raquf oğlu, Teymurov Samir Dağıstan oğlu, Məmmədov Şahlar Məhəmməd oğlu, Əsədov Aqil Adil oğlu, Hüseynli Səma Nurəddin oğlu, Xəlilov Əlibaba Vahid oğlu, Xalilov Akif Vahid oğlu, Hüseynli Vüqar Nurəddin oğlu, Zeynalov Muxtar Qədir oğlu və Ağalarov Emin Cəmil oğlunun imzaladığı müraciətin bir surəti də DİA.AZ-a daxil olub. Bərdə sakinləri yazır ki, onlar üzün illərdir Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğuldurlar. 2014-cü ilə qədər onlara hər hansı problem yaradılmayıb. Lakin 2014-cü ildən Vergilər Hazirliyi onlara ciddi problem yaratmağa başlayıb: "2014-cü ildən başlayaraq bu işlə məşğul olanlar Vergilər Hazirliyi tərəfindən istintaqa cəlb olunub. Bizlərə külli miqdarda vergi borcu yazılıb. Elə fantastik məbləğlər yazırlar ki, bu qədər vergi borcunun yığılması mümkün deyil. Yazılan vergi borcları 200 min manatdan başlayır. Ən yuxarı məbləğ 2.5 milyon manatdır. Artıq bu işə görə 3 nəfər həbs olunub. Bunlar Zöhrab Hidayətov, Fərrux Bayramov və Ramil Məmmədovdur. Bizi də eyni aqibət gözləyir. Cənab Prezident, Vergi Məcəlləsində göstərilir ki, kənd təsərrüfatı məhsullarının ixracına görə vergi fəaliyyətini gömrük orqanları yerinə yetirir. Bizlər isə gömrükdən keçərkən ixrac etdiyimiz malların vergisini ödəyərək ixrac əməliyyatını yerinə yetiririk. Lakin bir müddət keçəndən sonra ağlagəlməz gəlir vergisi tələbi ilə qarşılaşırıq. Fiziki şəxslər 2014-cü ildə cinayət məsuliyyətinə cəlb olunub. Biz anlamırıq, yerli məhsulları ixrac edərkən dövlətə xəyanətmi etmişik? Bizim hamımızın ixrac zamanı ödədiyimiz rüsumları var. Başa düşülməyən odur ki, bizlərin ödədiyi vergilər nəzərə alınmır. Məmurlar bununla dövlətə xeyirmi vermək istəyir? Sahibkarların qanunsuz həbsi, onların iflasa uğradılması dövlətə xeyirdirmi? Cənab prezident, bu haqsızlığa son qoyulması üçün məsələyə müdaxilə etmənizi xahiş edirik". Geri qayıt |