Astara sakinləri üçün müjdəli xəbər: Narazılıq yaradan icra başçısı görəvdən alınır - Daha iki RİH başçısı dəyişdirilir
Tarix: 12-01-2015, 11:39 |
Çap et
DİA.AZ: - «Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yaxın günlərdə vəzifəsindən alınır. Onunla yanaşı, daha iki rayonda icra başçısı dəyişikliyi gözlənilir». Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.
Xəbəri çatdıran qaynağın iddialarına görə, Astaranın icra başçısı 2014-cü ilin yekunlarına görə, barəsində ən çox şikayət olunan RİH rəhbəri kimi diqqətə gəlib: «Təbii ki, bütün bunlar «yuxarılar» tərəfindən nəzərə alınır, dəyərləndirilir. Astara ilə yanaşı, Sabunçu və Xətai rayonlarının da başçıları dəyişdirilir».
dia-az.life-a məlumatı verən mənbə onu da əlavə edib ki, vəzifələrindən alınması nəzərdə tutulan icra başçılarından yalnız Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin yenidən vəzifəyə təyin olunacağı gözlənilir…