Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                 

Maliyyə nazirinin müavini Gədəbəydə maxinasiyalara necə şərait yaradır... - Samir Şərifovun sözü keçərli deyilmiş
Tarix: 25-12-2014, 11:52 | Çap et
Maliyyə nazirinin müavini Gədəbəydə maxinasiyalara necə şərait yaradır...
Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonunda vəziyyət gündən-günə pisləşir. Yerli məmurların vətəndaşlara qarşı etdiyi haqsızlıqlar, onlara yuxarıdan aşağı baxması və dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitlərin bir hissəsinin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilməsi halları rayonu problemlər məngənəsinə salıb.

Yerli sakinlər müxtəlif instansiyalara ünvanladıqları müraciətlərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və onun komandasında təmsil olunan bəzi şəxslərin rayonu bərbad vəziyyətə salmasını vurğulayıblar. Vətəndaşların bildirdiyinə əsasən, icra başçısı ancaq öz maraqlarının təmin olunması barədə düşünür, bu istiqamətdə ən müxtəlif üsullara əl atmaqdan belə çəkinmir. Elə bu səbəbdən Gədəbəydə məmur özbaşınalığı hər keçən gün bir az da artır və ən ağır formada təzahür edir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, rayonu acınacaqlı hala salan məmurlardan biri də Maliyyə Nazirliyinin Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov və onun yaxın qohumlarıdır: "Namiq Məmmədov öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmir. O vəzifəsinə laqeyd yanaşır, həmçinin nazir Samir Şərifovun ona tapşırdığı işləri istənilən səviyyədə həyata keçirmir. Çünki Namiq müəllimin başı vəzifəsindən daha çox, şəxsi məsələlərə, daha dəqiq desəm biznesə qarışıb. Rayonun ən varlı şəxslərindən biri kimi tanınan məmurun maliyyə imkanları çox yüksəkdir. Namiq Məmmədov işində ciddi nöqsanlara yol verir. Belə ki, o dövlət büdcəsinin Gədəbəy rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə işləri tələb olunan səviyyədə yerinə yetirmir, büdcə və büdcədənkənar vəsaitlərin təyinatı üzrə xərclənməsinə zəif nəzarət edir. Sözsüz ki, bu kimi amillər rayonun maliyyə sisteminin iflic vəziyyətə düşməsinə səbəb olub. Artıq uzun müddətdir Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışan Namiq Məmmədov həm özünə yaxşı güzəran yaradıb, həm də yaxın qohumlarına gün ağlamağı yaddan çıxarmayıb. Belə ki, onun əmisi oğlu Ramiz Məmmədov hazırda Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışır. Bu şəxs əvvəllər Gədəbəy Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi. Onun rayonun təhsil sisteminə vurduğu zərbəni gədəbəylilər hələ uzun müddət unutmayacaq. Rayonun təhsil sisteminin acınacaqlı halda olmasının tək səbəbkarı məhz Ramiz Məmmədovdur. Çünki o təhsil şöbəsinin müdiri işlədiyi vaxtlarda dövlət büdcəsindən bu sahənin inkişaf etdirilməsi məqsədilə ayrılan vəsaitləri təyinatı üzrə xərcləmirdi. O rayonun maliyyə sisteminə nəzarət edən əmisi oğlu Namiq Məmmədovla əlbir olaraq büdcə vəsaitlərini tamamilə başqa istiqamətlərə yönləndirirdi. Məhz bunun nəticəsində hazırda Gədəbəydə təhsilin səviyyəsi olduqca aşağıdır və məhv olmaq həddinə gəlib çatıb. Aidiyyəti dövlət qurumları tərəfindən Gədəbəy Rayon Təhsil Şöbəsində bir neçə dəfə yoxlama aparılıb Ramiz Məmmədovun qanunsuzluqları aşkara çıxarılsa da, əmisi oğlu Namiq Məmmədov onu müdafiə etməyi bacardı. Hansı ki, aşkar edilən mənimsəmə faktlarına görə təhsil şöbəsinin sabiq müdiri həbs olunmalı idi. Buna baxmayaraq, əmisi oğlu onu həbs təhlükəsindən xilas etməyi bacardı. Maliyyə İdarəsinin rəisinin himayədarlığı altında Ramiz müəllim təhsildən mədəniyyətə transfer oldu. Halbuki bu, heç bir qanun normasına sığmır. Ona görə ki, təhsillə mədəniyyət tamamilə ayrı-ayrı sahələrdir. Bu, əmək müəlliminin ali məktəb rektoru vəzifəsində işləməsinə bənzəyir. Məgər, rayonda mədəniyyət və turizm şöbəsinə rəhbərlik edə biləcək başqa kadr yox idi ki, Ramiz Məmmədovu şöbəyə müdir təyin etdilər? Axı o hansı xidmətlərinə və savadına görə şöbənin başına gətirildi? Ramiz Məmmədov mədəniyyət və turizm sahəsinə yad adamdır. Onun bu vəzifəyə təyin olunmasında Namiq Məmmədovun rolu böyük idi. Ümumiyyətlə, Gədəbəydə hansı daşı qaldırırsan altından məmmədovlar çıxır. Namiq Məmmədov hazırda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. Onun rəhbəri olduğu idarə pul ayırır, Namiq Məmmədovun əmisi oğlu Ramiz Məmmədov isə həmin vəsaitləri xərcləyir. Qüvvədə olan qanunvericiliyə görə, qohum şəxslər seçkili vəzifələr istisna olmaqla bir-birlərinin tabeliyində işləyə bilməzlər. Buna rəğmən, Namiq Məmmədov və əmisi oğlu Ramiz Məmmədov vəzifələrdə çalışırlar. Onların öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Maraqlıdır ki, həmin kənddə çalışanların da bir çoxları məmmədovların öz adamlarıdır. Deyilənə görə, Ramiz Məmmədovun necə təhsil alması onun işində açıq-aydın bilinir". Mənbənin məlumatında həmçinin qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi hər il Gədəbəy rayonundakı tarixi mədəniyyət abidələrinin qorunmasına, rekonstruksiyasına külli miqdarda pul ayırır: "Amma Ramiz Məmmədovun rəhbərlik etdiyi Mədəniyyət və Turizm Şöbəsi bu pulları lazımi şəkildə xərcləmir. Mədəniyyət və Turizm Şöbəsinin rayonun mədəniyyət abidələrinə xərclədiyi vəsaitlərlə bağlı araşdırmalar aparılsa, çox dəhşətli yeyinti faktları üzə çıxa bilər. Nazir Əbülfəs Qarayevin çox güman ki, bu məsələlərdən xəbəri yoxdur". Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun kimə arxayın olub belə özbaşına işlərə imza atmasına gəlincə mənbəmiz vurğulayır ki, adıçəkilən məmurun arxasında maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov dayanıb: "İdarə rəisi maliyyə nazirinin müavini Azər Bayramov tərəfindən himayə olunur. Hətta iş o yerə çatıb ki, artıq gədəbəylilər Namiq Məmmədova rayonun gələcək icra başçısı kimi baxırlar. Məmur bacardığı qədər rayondakı dayaqlarını möhkəmlətməyə və öz adamlarını müxtəlif vəzifələrə yerləşdirməyə çalışır ki, sabah vəziyyət dəyişəndə bundan öz xeyrinə istifadə edə bilsin. İdarə rəisi bir çox hallarda icra başçısı Ramiz Yediyarovla birgə işlər həyata keçirir. Rayonun sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin necə xərclənməsini icra başçısı ilə idarə rəisi müəyyənləşdirir. Təəssüflər olsun ki, büdcənin külli miqdarda vəsaiti abadlıq-quruculuq işlərinə yox, bəzi məmurların cibinə gedir. Gədəbəydə dəhşətli maliyyə pozuntuları mövcuddur. Samir Şərifovun müavini Azər Bayramov isə idarə rəisinin uzun müddətdir vəzifədə qalmasına köməklik göstərib. Namiq Məmmədov üçün nazir Samir Şərifov yox, sanki Azər Bayramovdur. O nazir müavininin tapşırıqları əsasında iş görür. Hörmətli nazirin göstərişlərinə isə lazımi səviyyədə əməl etmir. Hətta bəzi məclislərdə kimlərinsə arxasınca danışır. Hesablama Palatasının və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Gədəbəy Rayon Maliyyə İdarəsində yoxlama aparsalar, bu Namiq Məmmədovun həbsi ilə nəticələnə bilər. Çünki onun fəaliyyətindəki nöqsanların sayı-hesabı yoxdur. Digər tərəfdən, Namiq Məmmədov rayonun təhsil, səhiyyə və mədəniyyət sisteminə ayrılan vəsaitlərin hansı işlərə xərclənməsini yoxlamır. Səbəb isə bəllidir. Rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsinə idarə rəisinə yaxın olan şəxslər və qohumları nəzarət edir. Bunlar araşdırılması həddən artıq vacib olan faktlardır. Əgər yuxarı dövlət qurumları səviyyəsində Gədəbəy rayonunda hökm sürən qanunsuzluqlara, daha doğrusu, idarə rəisi Namiq Məmmədovun, onun əmisi oğlu Ramiz Məmmədovun, eləcə də icra başçısı Ramiz Yediyarov və komandasındakı şəxslərin özbaşına hərəkətlərinin qarşısı alınmasa, problemlər böyüyə bilər". Növbəti saylarımızda Namiq Məmmədovun oğlunun illik təhsil haqqını hansı pullarla qarşılaması, Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin həyətindəki 3 mərtəbəli obyektin kimə məxsus olması, icra başçısına verilən qonaqlıq, məşhur bankın kimin adına sənədləşdirilməsi və digər maraqlı məsələlər haqqında şok faktları açıqlayacağıq. Bizi izləməyi unutmayın. \\ gundelik-baku.com \\

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru