Nuru Quliyev öz ərizəsiylə açılan məhkəmədən niyə yayınır? - QALMAQAL
Tarix: 5-03-2020, 12:43 | Çap et
Azərbaycanın Qarsdakı Baş konsulu iki gün öncə Dilucu sərhəd-gömrük keçid məntəqəsinə gəlib. Sərhəddə Baş konsulun üzünə belə baxan olmayıb.
Ovqat.com-a bu barədə məlumatı “İğdırın kamyon “şoferləri”” verib.
Günlərdir koronavirus səbəbindən qapanan sərhəddə gedib gələnləri izləməkdən başqa onsuz da heç bir iş görə bilməyən “sürücülərin” müşahidəsinə görə, Naxçıvan gömrüyündə olduqca soyuq qarşılanan Baş konsul çox pəjmürdə halda görünüb.
Sürücülər eşidiblər ki, Baş konsulu Muxtar Respublikaya hesabat vermək üçün çağırıblar. Onun İğdırdakı fəaliyyətilə bağlı Muxtar Respublikanın hüquq-mühafizə orqanlarına ifadə verdiyi iddia olunur.
Məlumata görə, Azərbaycanın media orqanlarında Nuru Quliyevin “diplomatik” fəaliyyəti (ki ibarətdir Naxçıvanın iməclik mədəniyyətini Türkiyəyə daşımaqdan) barədə yazıların dərc olunması Naxçıvan rəhbərliyini ciddi narahat edib və onlar mərkəzi hakimiyyəti gözləmədən Baş konsulu cəzalandırmağa qərar veriblər.
Maraqlıdır ki, Baş konsulu qanunən təyin edən şəxs ölkə başçısı İlham Əliyevdir və o, yalnız prezident qarşısında hesabat verə bilər. “İğdırın kamyon “şoferləri”ni” ən çox təəccübləndirən də elə budur: Prezidentin əvəzinə Naxçıvan hüquq mühafizəçiləri niyə Baş konsulu sorğuya çəkirlər?
Qeyd edək ki, Baş konsul Nuru Quliyev ASİMDER başqanı Göksel Gülbeyi məhkəməyə verməklə özü öz vəziyyətini xeyli çətinə salıb. Məsələ təkcə onda deyil ki, Göksel Gülbey Azərbaycanın Türkiyədə və beynəlxalq aləmdə əsas sözçülərindən biridir, uzun illərdən bəri fəaliyyətini əsassız erməni iddialarının ifşasına həsr edib və onun Azərbaycan prezidentini təmsil edən şəxs tərəfindən məhkəməyə verilməsi istər-istəməz Qars və İğdır vilayətlərində yaşayan soydaşlarımızda xəyal qırıqlığı yaradıb.
Məsələ həm də ondadır ki, Nuru Quliyev Türkiyənin məhkəmə orqanlarına şiklayət ərizəsini Baş konsulluğun rəsmi blankında yazıb, bununla da öz şəxsi probleminə dövləti mənafe fonu verməyə çalışıb. İğdır valiliyi də Azərbaycan dövləti adından verilən şikayət əsasında Göksel Gülbeyi Türkiyənin başqa vilayətinə sürgün edib.
Qarsdakı Baş konsulumuzla ASİMDER başqanını düşmən edən isə adi bir foto-şəkildir. İddialara görə, Nuru Quliyevin bir neçə il əvvəl FETÖ lideri Fəthullah Gülənlə çəkilmiş bir fotosu Azərbaycan rəhbərliyinə göndərilib və Baş konsul buna görə ölkəyə çağırılıb sərt şəkildə danlanılıb. Baş konsul foto-şəkilin Azərbaycan hakimiyyətinə göndərilməsində Göksel Gelbeydən şübhələnib və yenidən Qarsa iş başına qayıdanda isə özünün sonunu gətirən məlum səhvə yol verib: Baş konsulluğun rəsmi blankında yazılmış şikayət ərizəsiylə məhkəməyə müraciət edib. Azərbaycan dövləti adından verilən həmin şikayət ərizəsində foto-şəkilin montaj edildiyini irəli sürülür və Göksel Gülbeyin cəzalandırılması tələb olunur.
Maraqlıdır ki, İğdır məhkəməsi artıq bir ildir verilən həmin şikayət ərizəsinə baxa bilmir. Səbəb - Baş konsulun məhkəməyə gəlməməsidir. Diplomatik toxunulmazlığı və şikayətçi tərəf olduğundan məhkəmənin onu zorla iclasa gətirilməsi barədə qərar çıxarması da mümkün deyil. Beləcə, oxu atıb yayı gizlədən Baş konsul İğdır məhkəməsinin fəaliyyətini də iflic vəziyyətinə salıb.
Ovqat.com böyük diplomatik qalmala səbəb olan həmin foto-şəkili əldə etməyi bacarıb. Sözsüz ki, bunu saytımıza “İğdırın kamyon sürücüləri” göndərməyiblər. Azərbaycan oxucularını və hakimiyyətini məlumatlandırmaq məsuliyyətimizi nəzərə alıb həmin başıbəlalı fotonu təqdim edirik. Ümidvarıq ki, Azərbaycanın müvafiq qurumları fotonun montaj olub olmadığını müəyyənləşdirəcək və İğdır məhkəməsini bir ildir çarəsini tapa bilmədiyi bu əzabdan qurtaracaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|