Elmar Vəliyev vəzifəsiz qalmayacaq - İDDİA
Tarix: 28-08-2018, 18:14 |
Çap et
DİA.AZ: - Bu gün Gəncə şəhər icrahakimiyyətinin icra başçısı postundan azad edilən Elmar Vəliyev vəzifəsiz qalmayacaq. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, yaxın vaxtlarda Elmar Vəliyevlə bağlı qərar veriləcək.
dia-az.life xatırladır ki, bu arada Elmar Vəliyevin Bakı Meri postuna təqyinat alacağı haqda informasiyalar yayılıb.
dia-az.life-a danışa mənbə də bunu istisna etməyib. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...