Rektora qarşı ŞOK İTTİHAM... - Belə deyirlər...
Tarix: 2-08-2018, 11:13 | Çap et
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət muradova qarşı baş qaldıran narazılıqlar artıq son həddə çatıb. Rektor olandan sonra universitetə yeni-yeni qalmaqallar gətirən rektor islahatlar adı altında özünə yaxın, vaxtilə Gülənçilərin adı ilə bağlı olduğu deyilən Türkiyə universitetlərində (sonradan demək olar hamısı bağlandı) təhsil almış gəncləri ətrafına topladı. Ardınca isə «reytinq» adı altında yeni bir əmək haqqı metodu fikirləşib tapan rektor dostları üçün 100 nəfərlik cədvəl icad etdi, kim hansısa Türkiyə universitetindən sertifikat alıb gətirirsə, onun adı həmin həmin 100-lüyə düşür və hətta professorlardan da iki-üçqat artıq əmək haqqı alır. Təsəvvür edin, bu qondarma islahat o dərəcədə primitivliyə söykənib ki, həmin sertifikatların bir çoxu başını güclə girləyən Bakıdakı Biznes Universitetindən alınır! Nəticədə o baş verdi ki, iki il əvvəl 13 müəllim rüşvət aldığına görə «öz ərizəsi ilə» işdən çıxarıldı… Rus dili kafedrasında isə xarici ölkələrdə yaşayan və rektora yaxınlığı ilə tanınan müəllimlər universitetdə ən yüksək maaş aldığı halda, ömrünün 30 ilini peşəkar tərcüməçi-müəllimliyə sərf etmiş Zərifə Mansurova kimi müəllim isə işdən çıxarıldı, çörəklə imtahana çəkildi. Rektoru məhkəməyə verən Z.Mansurovanın dərdinə yəqinki əlac tapılacaq və o, «Əgər haqqım tanınmasa özümü rektorun kabinetinin qarşısında yandıracağam!» fikrindən daşınacaq. *** …Daha böyük qalmaqal isə rektor Ədalət Muradovun professor diplomu ilə bağlıdır. Məlum olduğu kimi, «Təzadlar»ın rəsmi sorğusunu cavablandırmayan rektor ona həmin diplomu vermiş AAK-ın sədr əvəzi Vəli Hüseynovun indi məhkəmələrə çəkilməsinə bais olub. Məhkəmə çəkişməsi isə davam edir, AAK rəhbərliyi «Təzadlar»ın rəsmi-yazılı sorğusunu cavablandırmalıdır. Nəhayət, bildiyiniz kimi, rektorun qanunsuz yolla əldə etdiyi professor diplomu ilə bağlı toplanmış sənəd və sübutlar Baş Prokurorluğa göndərilib, araşdırma aparılır. *** Bütün bunları deməkdə məqsədimiz var: dünən ADİU-da çalışan professorlardan biri redaksiyamıza gəldi. Centlmen sazişi bağladıq ki, onun razılığı olmadan (qanun da belə tələb edir) adını açıqlamayacağıq. O, qəzetimizə geniş müsahibə verdi. Həmçinin müsahibəsində söyləyəcəklərinin təsdiqi kimi, yazılı mətni də bizə verdi. Həmin müsahibədə ADİU-da baş verən biabırçılıqlar detallarınadək təqdim olunur. Hazırda həmin müsahibə çapa hazırlanır. Bizi izləyin… Professorun kimliyi barədə bircə onu deyə bilərik ki, o, rektorun ən yaxın adamlarından biridir. Sadəcə… Deyir: «Artıq vicdanım qarşısında susa bilmədim, borcumdan çıxdım. Məqsədim heç də Ədalət Muradovu ifşa etmək deyil, onu dayandırmaq, ayıltmaq, universiteti apardığı uçurumun heç olmasa kandarından geri qaytarmaqdır, onun özünü xilas etməkdir, ən azı, ziyanın yarısından da olsa, geri qaytarmaqdır…». (Davamı var) «Təzadlar»
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|