Fars-molla rejimi efir məkanımıza necə nüfuz edir... - ARAŞDIRMA
Tarix: 18-07-2018, 10:27 | Çap et
Bu il aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncam imzaladı. Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin etməkdən ötrü idi. Bu, rabitə sahəsində təhlükəsizliyin təmin edilməsi üçün ilk dövlət səviyyəli qərar deyildi. Buna qədər 2012-ci ildə prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılması barədə Fərman imzalamışdı.
2013-cü il isə Azərbaycanda İKT ili elan olunmuşdu.
Bütün bu əhəmiyyətli addımlara baxmayaraq, hələ də Rabitə sahəsində çatışmazlıqların olduğu danılmazdır. Aşağıda təqdim etdiyimiz video Femida.az-ın əməkdaşları tərəfindən Bakı-Ələt yolunda çəkilib. Maşınla gedərkən, radionu açdıq. Azərbaycan kanalları əvəzinə İran kanallarının rahat şəkildə yayımlanması bizi narahat etməyə bilməzdi. İlk dəfə fars dilində sözlər eşidəndə , hər hansı texniki qüsur ola biləcəyini düşünərək dalğanı dəyişsək də, yenə də iranlı diktorun danışığını eşitdik. Üçüncü cəhdimiz də eyni formada alındı. Bu artıq məsələnin ciddiyyətinin fərqinə varmağa kifayət edirdi.
Nəyə görə, 2018-ci ildə Azərbaycan radio məkanında İran kanalları “at oynadır?” Özü də bu görüntülər cənub bölgəsində hər hansı bir ərazi yox, paytaxt Bakıdan 70-80 km aralıda qeydə alınıb.
Məsələ ilə bağlı ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna müraciət etsək də, qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, bu mövzu ilə bağlı qurumun verə biləcəyi hər hansı açıqlama yoxdur.
Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məsələ ilə bağlı sorğu ünvanladıq. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Femida.az-a verilən məlumata görə, FM yayımlar Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir. FM diapazonundakı proqramların relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində yayımı normal qəbul olunur. Digər ölkələrin FM radio proqramları ölkəmizdə qəbul olunduğu kimi, müvafiq olaraq, Azərbaycan ərazisindən yayımlanan radio proqramlar da qonşu ölkələrin ərazisində qəbul edilir. Buna görə də sərhəd bölgələrində və mərkəzdən uzaq ərazilərdə FM diapazonunda yayımlanan xarici radioları rahatlıqla dinləmək mümkündür.
“Bu kimi hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsinə əsasən tənzimlənir. Müvafiq sərhədyanı ölkələr arasında koordinasiya protokolları imzalanır ki, sərhədyanı ərazidə yerləşən yayımlar bir-birinə interferensiya təsiri göstərməsin. Digər diapazonlar kimi, FM radio və TV yayım diapazonu da Dövlət Radiotezliklər İdarəsinin efirə radionəzarət məntəqələri tərəfindən daim nəzarətdə saxlanılır. Bu barədə məlumatlar mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Teleradio” İB-yə təqdim edilir. Ölkəmizə qarşı əks-təbliğat xarakterli radio proqramları aşkar edildikdə onlara qarşı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərişinə uyğun olaraq “Teleradio” İB tərəfindən müəyyən texniki tədbirlər görülür” – deyə qurumdan bildirilib.
İKT mütəxəssisi Vahid Qasımov Femida.az-a açıqlamasında məsələ ilə bağlı ciddi problem görmədiyini bildirib:
“Burda ciddi problem görmürəm. 30-40 il qabaq aktual ola bilərdi. Bu gün internetin olduğu yerdə başqa ölkənin radio kanalının yayımlanmasının qarşını almaq əbəsdir. Məsələ burasındadır ki, İran radio kanallarının vericiləri bizim radio kanalların vericilərindən çoxdur. Dalğa bizim dalğamızdır, amma dalğa boş olduğuna İran radiokanalları bu boşluğa rahat şəkildə girir. Buna İran rabitə qurumlarının gördüyü iş kimi yox, Azərbaycan rabitə qurumlarının görmədiyi iş kimi baxmaq olar. Rayon yerlərində vericilər ya yoxdur, ya da çox zəifdir”.
Milli Teleradio Şurası Texniki Şöbə Müdiri, professor İsa Məmmədov isə Azərbaycanın İrana nisbətdə kiçik ölkə olduğu üçün belə problemlə üzləşdiyini deyib:
“Əslində radio dalğalarının qonşu ölkələrdə 200 km-ə qədər yayımlanması məqbul sayılır. Bu beynəlxalq razılaşmadır. Adətən böyük ölkələrdə bu problem olmur, yalnız sərhəd bölgələrində yaşanır. Amma Azərbaycan ərazicə İrandan kiçikdir. Elektromaqnit dalğaları isə sərhəd tanımır. Düzdür, bəzi ölkələr bilərəkdən dalğanı daha güclü buraxır ki, bu zaman qonşu ölkədə radio dalğası rahatlıqla efirə girir. Bizim televiziya kanalları da İranın şimal bölgəsində efirə girə bilir. Elektromaqnit dalğaları həm də hava şəraitindən asılıdır. İranla vəziyyət isə bir qədər başqadır. Onların teleradio vericiləri çox güclüdür. Həm güclü vericilər, həm də stansiyaların yüksək ərazilərdə yerləşdirilməsi imkan verir ki, İran radiokanalları Azərbaycan efir məkanın sərbəst şəkildə daxil olsun. İranla bu barədə danışıqlar əvvəllər də aparılıb. Onlar bir müddət riayət edirlər, sonradan yenə razılaşma pozulur. Biz onlara irad bildirəndə cavab verirlər ki, sizin televiziya kanalları niyə bizim ölkədə yayımlanır?
Düşünə bilərsiz ki, onların göndərdiyi elektromaqnit dalğalarının qarşısını kəsə bilərik. Düzdür, etmək olar, amma bu həm də öz efir məkanımızın dalğalarını qarışdıracaq. Odur ki, dalğalar verici tərəfdən idarə olunmalıdır. Bir sözlə sözügedən məsələ qonşular arasında mehriban münasibətlərdən asılıdır.
Onu da qeyd edim ki, Azərbaycan efir məkanına daxil olan kanallar Beynəlxalq Kommunikasiya İttifaqına üzv olan kanallardır. Həmin İttifaqa üzv olmayan kanallar efir məkanımıza daxil olsa, dərhal beynəlxalq müstəvidə şikayət edirik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
|