Biləsuvarın ağası istirahətinə tədarük görür... - Sakinlər isə narazıdır
Tarix: 28-06-2018, 10:15 |
Çap et
DİA.AZ: - Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev istirahət etmək fikrinə düşüb. Bunu DİA.AZ-a yazan rayon sakinləri bildirirlər. Təbii ki, burada qeyri-adi nəsə yoxdur. Hamı ki, hər bir məmurun da haqqıdır ki, bu isti havalarda 1 illik yorğunluğunu çıxarda biləcək istirahət planı cızsın. Amma görünəni odur ki, Mahir Quliyevin dincəlmə istəyi biləsuvarlıların heç də ürəyincə deyil.
Narazı sakinlər dia-az.life-a yazırlar: "Mahir Quliyevin sanki ilboyu bizə etdikləri, dövlətdən və Biləsuvar camaatında taladıqları azmış kimi, indi də istirahətinə pul yığdırır. Adamları rayondakı bütün idarə müdirlərinə və iş adamlarına "başçının istirahət pulu" tələbini çatdırıblar. Belə də iş olar? Dərdimizi kimə deyək, bilmirik. Şünki başçıdan Bakıya yazdığımız bütün şikayətlər elə başçının özünə qaytarılır".
Sakinlər müraciətlərini belə bitirirlər: "Biz dia-az.life vasitəsilə cənab Prezidentə müraciət edirik. Hörmətli, cənab Prezident! Xahiş edirik, Mahir Quliyevi vəzifəsindən azad edib, birdəfəlik istirahətə yollayın ki, canımız qurtarsın".
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...