Sahil Babayev korrupsiya yuvalarını dağıda bilmir? - Biri elə Bakının göbəyində...
Tarix: 7-06-2018, 09:13 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər dəyişikliyi oldu və yeni nazir Sahil Babayev təyin olundu. Hər kəs Səlim Müslümovun zamanında qalma rüşvət sisteminin aradan qalxacağına ümid edir. Ümid edir, lakin mövcud vəziyyət deyəsən vətəndaşların ümidinin özlərinə qalacağını göstərir. Çünki Səlim Müslümovun kadrları hələ də nazirlikdə fəaliyyət göstərir və köhnə sistemi davam etdirirlər. Onlardan ən qəddarı və "keçmiş sistemə” sadiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovdur.
Miq.az-a daxil olan şikayət məktubu rayon şöbəsində vətəndaşlara necə divan tutulduğunu gün üzünə çıxarır.
Əsgərovun kabinetindən keçən sosial müavinət
Məktubda deyilir ki, Əsgər Əsgərov dövlət idarəsində əməlli başlı "bazar” açıb. Bu il sosial yardım almaq üçün təqdim olunan arayışların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sərtləşdirilməsi əslində Əsgər Əsgərov tərəfindən daha çox rüşvət yolu ilə qazanc əldə etməsinə səbəb olub. Belə ki, redaksiyamıza daxil olan məlumata əsasən hazırda sosial müavinət almaq istəyən vətəndaşlar öz işlərini yoluna qoymaq və nazirliyin ümumi sisteminə göndərdikləri sənədlərin qəbul olunması üçün öncə Əsgər Əsgərovun qəbuluna düşməlidirlər. Əsgər müəllimin qəbulunda isə məsələ çox sadədir. Sənədlərin ümumi sistem tərəfindən qəbul olunmasını istəyirsənsə, o zaman nağd şəkildə 600 manat ver və bu halda heç bir problem olmadan vətəndaş dövlətdən sosial müavinət alacaq, yox əgər Əsgər Əsgərova 600 manat vermək imkanın yoxdursa, demək ki, ümumi sisemində həmin vətəndaşın ərizəsini qəbul etmək imkanı sıfırdan aşağıdır.
Vətəndaşları qapıdan qovur
Şikayət məktubunda Nəsimi rayon sakinləri qeyd edirlər ki, hazırda Əsgər Əsgərov onlara zülm edir. Çünki işıq, su, qaz, telefon, torpaq pullarının çeklərini istəyən mərkəz işçiləri vətəndaşlara böyük əziyyətlər verməklə onları yorurlar. Məsələnin ən pis tərəfi isə bütün sənədləri toplayan vətəndaşın sənədlərinin ƏSMM-də sistem tərəfindən qəbul olunmamasıdır. Yəni o qədər əziyyətdən və xərcdən sonra kasıb adamlar yenə Allahın ümidinə qalırlar və bu vəziyyət qətiyyən Əsgər Əsgərov vicdanını sızlatmır. Əksinə, daha çox qazanmaq həvəsi ilə cənab Əsgər Əsgərov zülmünü artırır.
Rayon sakinləri iddia edirlər ki, əslində nazirliyin ümumi balansına göndərilən sənədlər formal xarakter daşıyır. Yəni bütün sənədlər qəbul olunur və "Bəli” cavabı verilsə də, Əsgər Əsgərovun idarəsi rüşvət verməyənlərə yox cavabı verir. Şikayətdə qeyd olunur ki, Əsgər Əsgərov özünə o qədər arxayındır ki, vətəndaşları qəbul etməli olduğu halda, onları qapıdan belə qovur.
Əsgərov kimdir və niyə "padşahlıq” edir?
Təbii ki, Əsgərovun qılıncının dalının da, qabağının da kəsməsi səbəbsiz deyil.
Miq.az-ın araşdırmalarından məlum olub ki, Əsgər Əsgərov keçmiş nazir Səlim Müslümovun bacısının həyat toldaşıdır. O, Müslümovla eyni rayondandır. Belə ki, Əsgərov da Müslümov kimi Ağsunun Pirhəsənli kəndində anadan olub.
Əsgərovun sosial müdafiə sisteminə gəlişi də məhz keçmiş nazir Səlim Müslümov tərəfindən həyata keçirilib. Belə ki, Ağsu rayon xəstəxanasının kassiri olan Əsgər Əsgərov ali təhsil barədə diplomu təxminən 50 yaşında alıb. Bir müddət nəqliyyat sahəsində işləyib. 2014-cü ilin əvvəllərində DSMF aparatına şöbə müdirinin müavini, 2 ay sonra isə Nəsimi şöbəsinə müdir təyin olunub. Halbuki iqtisadiyyat sahəsindən anlayışı yoxdur.
Hərçənd, Pirhəsənli kəndində anadan olmaq o demək deyil ki, "Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyəsən və yaxud da Səlim Müslümovla eyni kənddə anadan olmaq, nazirlə qohum olmaq ona əsas vermir ki, nəinki sadə vətəndaşlara, hətta tabeçiliyindəkilərə "haqq” qoyasan... Məlumata görə, Əsgərov vətəndaşlarla yanaşı, tabeçiliyindəki əməkdaşlardan da "haqq” toplayır.
Məhkəmə işi: Əsgərovun fırıldağı ortaya çıxdı
Əgər xatırlayırsınızsa, 2015-ci ilin oktyabr ayında "Azərbaycanda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib” başlıqlı xəbər bütün ölkə mətbuatında tirajlandı. Həmin xəbərə görə, Nəsimi Rayon Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovu 1000 manat məbləğində cərimələmişdi. O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 313-1.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə cəzalandırılıb.
Bu qərarla razılaşmayan Əsgər müəllim Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.
Qeyd edək ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərov pensiyasının düzgün hesablanmaması üçün Nəsimi rayon DSMF-nin şöbə müdiri Əsgər Əsgərovu məhkəməyə vermişdi.
Məlumdur ki, Əsgərov Səlim Müslümovun vaxtında bu vəzifəyə təyin edilib və hazırda davam etdirdiyi "rüşvət sistemi”ni də o vaxt yaradıb. Hərçənd, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər dəyişikliyi baş veriv. Hazırda bu nazirliyə Sahil Babayev rəhbərlik edir.
Yeni nazir Əsgərovu cəzalandıracaqmı?
Əsgər Əsgərov haqqında Miq.az-ın oxuculara təqdim etdiyi bu yazı bir şikayət yazısıdır. Ümid edirik ki, nazir Sahil Babayev vətəndaşların üzləşdiyi haqsızlığı aradan qaldıracaq.
Qeyd edək ki, Nəsimi ƏSMM-dəki rüşvət yuvası ilə bağlı araşdırmamız davam edir və Əsgər Əsgərovun obyektlərinin fotolarını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|