“Aqrolizinq” aqrar istehsalçıların başına bəla olub - Qurumda qaranlıq işlər yenidən vüsət alıb
Tarix: 29-03-2018, 10:39 | Çap et
Kənd təsərrüfatının inkişafı ölkənin qeyri-neft sektorunun dirçəldilməsi baxımından əsas prioritetlərdən biridir. Bu sahəyə dövlət dəstəyi getdikcə artırılır. Lakin təəssüflər olsun ki, ayrılan vəsaitlər hesabına dövlətin nəzərdə tutduğu dəstək heç də tam olaraq aqrar istehsalçılara çatdırılmır. Uzun illərdir həm əkinlərə, motor yağları və gübrəyə görə ödənilən vəsaitlər, həm də güzəştlə veriləsi texnika ilə bağlı çox ciddi korrupsiya faktları aşkarlanıb. Fermerlərə “yoxdur” deyilən gübrə əlaltından satılır
Bu faktlar üzündən Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi işindən alınıb, onadək rayon şöbəsində ciddi pozuntularla bağlı cinayət işləri qaldırılıb. Lakin son vaxtlar rayonlardan gələn şikayətlər göstərir ki, bu qurumda vəziyyət ciddi şəkildə dəyişməyib. Məsələn, Tərtər-Ağcabədi bölgəsindən olan fermerlərin verdiyi məlumata görə, martın 15-20-si aralığında taxıl əkinlərinə verilməli olan azot gübrəsini “Aqrolizinq”dən ala bilməyiblər. Qurumun yerli şöbəsinə edilən müraciətlərə hələ gübrə gətirilmədiyi deyilsə də, bir çox yerlərlə həmin gübrənin 10-12 manata satıldığı məlum olub. Redaksiyamıza müraciət edən fermerlər bu qiymətə lazım olan qədər gübrəni almağa imkanlarının olmadığını deyiblər: “Martın 15-20 arasında azot gübrəsi verilməsə taxılda məhsuldarlıq minimuma düşəcək. Bilmirik neynəyək...”
Onu da qeyd edək ki, bir neçə həftə əvvəl nazirlikdə keçirdiyi geniş iclasda kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda 100 manat dəyərində gübrə güzəştlə satılırsa, bu məbləğ 150 manatadək artırılacaq. Fermerlərin şikayətindən aydın olur ki, güzəştin məbləğinin artmasından kənd təsərrüfatı istehsalçıları demək olar ki, heç nə əldə etməyəcəklər: “Aqrolizinq”də strukturlaşmış şəbəkə buna imkan verməyəcək.
İqtisadçı Rövşən Ağayevin virtualaz.org-a dediyinə görə, “Aqrolizinq” yalnız gübrə satışında deyil, texnika satışında da qaranlıq işlərə əl atır: “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına avadanlıq güzəştli şərtlərlə təqdim olunsa da, bu, heç də pulsuz deyil. Bu, biznesin növlərindən biridir. Sovet İttifaqının tarixi göstərdi ki, dövlət bizneslə rentabelli məşğul olmaq iqtidarında deyil. Xaricdə aqrolizinqlə dövlətin dəstəyi ilə kooperativlər məşğul olur. Bizim ”Aqrolizinq ASC" isə özünü o qədər də yaxşı tərəfdən göstərməyib. Dövlətin “Aqrolizinq”ə ayırdığı pullar bəzi hallarda onun rəhbərliyinin varlanmasına gedir. Fermerlərə texnikanın “otkat” (təqdim edilən pul vəsaitinin bir hissəsinin borcalanın hesabına mənimsənilməsi-red.) şərtilə verilməsi təcrübəsi çiçəklənir. Bu yaxınlarda fermerlərdən “otkat”a görə “Aqrolizinq”in Ağcabədi şöbəsinin rəhbəri cinayət məsuliyyətinə cəlb edilib. “Aqrolizinq”in rəhbərlərinin ciblərinin doldurulmasına xidmət edən daha bir mənbə isə aqrotexnikanın fermerlərə aşağı qiymətə rüşvətlə satışıdır. “Aqrolizinq” sistemində korrupsiyaya ictimai nəzarətin büsbütün yoxluğu şərait yaradır. İctimai təşkilatlar fermerlər arasında kənd təsərrüfatı texnikasının bölüşdürülməsi prosesinə buraxılmırlar".
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı bildirib: “İctimai təşkilatların iştirakı nəyə lazımdır ki? Onlarsız da keçinərikE”
“Dəfələrlə ”Aqrolizinq"ə müraciət etmişəm ki, mənə istifadə üçün kənd təsərrüfatı texnikası verilsin. ASC-nin təmsilçiləri elə qiymətlər deyirlər ki, adi bankdan kredit götürərək, bu texnikanı özəl şirkətlərdən almaq daha çox sərf edir. “Aqrolizinq” texnikanı “öz” fermerlərinə verməyi üstün tutur", - bunu isə fermer Şöhrət Məmmədov deyib.
Onu da qeyd edək ki, keçən il ölkəyə 10 mindən çox texnika gətirilib. Bunun üçün dövlət büdcəsindən on milyonlarla manat vəsait sərf olunub. Dövlət başçısının fevralın 23-də imzaladığı sərəncamla kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 160 milyon manat vəsait ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, ilk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi nəzərdə tutulur. Artıq pambıqyığan kombaynların alınması üçün müqavilə bağlanıb və 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynlarının gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq.
Bundan əlavə, Gəncə Avtomobil Zavodu ilə 1000-dən çox traktorun alınması ilə bağlı müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi nəzərdə tutulur.
Göründüyü kimi, dövlət lazım olan vəsaiti vaxtında ayırır ki, kənd təsərrüfatı istehsalçılarının texnikaya, gübrəyə olan ehtiyacı vaxtında qarşılansın. Lakin “Aqrolizinq” rəhbərliyi nə gətirilən texnikanın, nə də gübrələrin istehsalçılara vaxtında və ədalətlə çatdırılmasına imkan vermir. Bu isə yerlərdə istehsalçıların narazılığına səbəb olur. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|