“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                 

"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir" - FOTOLAR
Tarix: 19-12-2017, 10:57 | Çap et
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
Bakının Binə qəsəbəsinin Xəqani küçəsinin sakinləri su sarıdan əziyyət çəkirlər. Sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, ərazidə içməyə su yoxdur, eyni zamanda yağış yağanda da yollarda suyun əlindən tərpənə bilmirlər.

Ərazidə olduğumuz zaman doğrudan da bu təzadlı halın şahidi olduq. Ərazidə yaşayanlar içməli suyu ya pul verib su maşını ilə gətirdirlər, ya da 400 manat verib, quyu qazdırırlar. Ancaq buna baxmayaraq, qış boyu da qapılarının ağzına kimi yağış suları ilə dolu olur. Bu isə ərazidə kanalizasiya sisteminin olmaması ilə bağlıdır.

Binənin təkcə adıçəkilən küçəsində deyil, bir neçə daxili küçələrində olduq. Müşahidə etdik ki, heç bir küçənin üzərində adı yazılmayıb. İnsanlar bu əraziləri ya hansısa dövlət idarəsi (məsələn, Xəqani küçəsinə daha çox ATS deyirlər), ya da uzun müddətdir orada yaşayan sakinin evi ilə istiqamətləndirirlər.

Sakinlərin sözlərinə görə, 200 minə yaxın əhalisi olan qəsəbə günbəgün genişlənir, torpaqlar alınıb, evlər tikilir. Ancaq problemlər öz həllini tapmır. Rəsmi məlumatlarda isə bildirilir ki, Binədə 55-60 min əhali yaşayır.

Sakinlər bildirirlər ki, ərazi başdan-başa problem içərisindədir. Sakin Ağabala Kərimov söylədi ki, köhnə ərazilərdə, ümumiyyətlə, asfalt örtüyü olmayıb və olması da gözlənilmir: “Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir. Bu ayrı problemdir. Ancaq məsələ burasındadır ki, qəsəbənin içərisində heç yerdə normal asfalt örtüyü yoxdur. Hələ bir az yağış yağıb, küçələrdən su əlindən keçmək olmur. Siz bir də bura qar yağandan sonra gəlin. Bir də görürsən küçə başdan-başa suyun içərisində qalır. Bundan başqa, insanlar da var ki, həyətlərindən suyu çəkib, küçəyə vururlar. Başqa yolları da yoxdur. Burada içməli su da yoxdur. Üç-dörd qonşu yığışıb, quyu qazdırırlar. Bir quyu 400 manata başa gəlir. Ancaq elə hər qazılan yerdən də su çıxmır. Məsələn, bu ərazilərdə yağış yağanda biz heç quyu suyunu da içə bilmirik. Yay aylarında isə bir başqa zülm çəkirik. İndi palçıq olan yerlər, yayda da toz-torpaq olur. Çarəsizlikdən camaat gəlib burada yaşayır. Çünki torpaqlar digər yerlərlə müqayisədə ucuzdur. Ucuz deyəndə, indi heç normal yerdə torpaq da tapmaq olmur. Hamısı alınıb, tikilib, satılıb. Əsas yola yaxın ”Sovxoz" deyilən əraziyə gedən küçənin ətrafında torpağın sotu 4-5 minədir. Bəzi yerlərdə hətta 6 minə satan da var. İçəri tərəflərdə isə 1000 manata da torpaq taparsan. Ancaq ora da gedib çıxmaq çətin məsələdir".

Sakinlər bildirdilər ki, su çəkilməsə də heç olmasa kanalizasiya problemləri həll olunarsa, işləri bir qədər yüngülləşər.

Digər sakinlərlə söhbətimiz zamanı onlar daha bir problemi qeyd etdilər. Bildirdilər ki, qəsəbənin içərilərinə işləyən bir dənə də avtobus yoxdur:

“Camaat məcburdur ki, əsas yolda düşüb, piyada bu palçığın, suyun içərisi ilə yol gəlsinlər. Uşaqlar məktəbə gedəndə özləri ilə iki ayaqqabı götürürlər. Elə biz özümüz də ayağımıza sellofan keçirib, elə gəzirik. Şəhərə gedəndə adama baxırlar ki, bunlar haradan, hansı ucqar rayondan gəliblər görən. Daha bilmirlər ki, Binə elə ən ucqar yer kimidir”, deyə sakinlər bildirdilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, gələn ildən problemin həlli istiqamətində işlər görüləcək: “Məlumat üçün bildirim ki, hazırda Binədə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətti üzrə mikroavtobuslar fəaliyyət göstərir. Ümumilikdə isə gələn il bütün qəsəbədaxili xətlərin işinin yenidən təşkili və tələblərə uyğun nəqliyyat vasitələri ilə təşkili istiqamətində konkret addımlar atılacaq”.

Məsələ ilə bağlı “Azərsu” ASC ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, ölkə başçısının bu ilin avqust ayında imzaladığı Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı var. Bundan əlavə, qeyd olunub ki, artıq master plana əsasən Binə qəsəbəsində işlər görülüb. Belə ki, bu qəsəbədə 38 kilometr su xətti çəkilib. Nəticədə 9800 insan ilk dəfə su ilə təmin olunub. Eyni zamanda bundan əlavə də 3 min nəfərin su təchizatı yaxşılaşıb. Bildirilib ki, layihələr dövlət tərəfindən vəsait ayrıldıqca, mərhələli şəkildə həyata keçirilir.
\\musavat.com\\

"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru