İCRA BAŞÇILARI SEÇKİYƏ ƏNGƏL OLMAQ İSTƏYİRLƏR?
Tarix: 8-10-2013, 17:03 |
Çap et
ONLARIN BƏZİLƏRİNƏ XƏBƏRDARLIQ EDİLİB
DİA.AZ: - Sabah seçki günü olsa da, hələ də bir sıra rayonlarda seçkilərin təşkili ilə bağlı problemlər mövcuddur. Bu barədə DİA.AZ-a Mərkəzi Seçki komissiyasındakı mənbələr məlumat verib. Qaynaq iddia edir ki, bəzi rayonların rəhbərləri hələ də özlərini «Bağdadın kor xəlifəsi» hesab etdiklərindən prezident seçkiləri kimi tədbirin əhəmiyyətini belə anlamırlar.
Mənbəyə görə, konkret olaraq Gədəbəy, Saatlı, Şəmkir, Xaçmaz və daha dörd əyalət rayonunda, habelə Bakının Xətai, Sabunçu, Suraxanı və Səbail rayonlarında seçkilərə tədarüklə bağlı ciddi problemlər yaşanmaqdadır.
Mənbənin söylədikləri: «Mövcud olan problemlər sırf olaraq icra hakimiyyətlərindən qaynaqlanır. Elə buna görə də bu gün Prezident Administrasiyasına MSK tərəfindən müraciət olunub və icra başçılarına ciddi xəbərdarlıq edilib».
Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq…