İRAN PARLAMENTİ RUHANİYƏ DƏSTƏK VERDİ
Tarix: 2-10-2013, 10:09 |
Çap et
ƏLİ LARİCANİ PREZİDENTİN MÖVQEYİNİ ALQIŞLADIİranın Şura Məclisinin sədri Əli Laricani Prezident Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı səsləndirdiyi fikri və tutduğu mövqeni alqışlayıb.
SalamNews-un "İsna" agentliyinə istinadla verdiyi xəbərə görə, dünən İranın Nazirlər Kabineti və ölkənin Şura Məclisinin ilk müştərək iclası keçirilib. Görüşdə Ə.Laricani Şura Məclisinin tam imkanları ilə yeni höküməti dəstəklədiyini bildirib.
Xatırladaq ki, Həsən Ruhaninin ABŞ Prezidenti Barak Obama ilə telefon danışıqları və ümumiyyətlə, ABŞ-la müzakirələr zəminində atdığı addımlar, bəzi qüvvələrin qınağına səbəb olub.