ELDAR NAMAZOV RAUF ARİFOĞLUNA CAVAB VERDİ
Tarix: 7-09-2013, 11:43 | Çap et
“El” Hərəkatına qarşı başlanan kampaniya Milli Şuranın parçalanmasını istəyən qüvvələrin işidir". Bu sözləri “Azadlıq”a “El” Hərəkatının sədri Eldar Namazov rəhbərlik etdiyi təşkilat haqqında səslənən fikirlərə, xüsusilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ittihamlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, “El” Hərəkatı Milli Şuranın qorunub saxlanılmasında mühüm rol oynayıb: “Məhz Milli Şuranın pat vəziyyətindən çıxması üçün yeni vahid namizədin irəli sürülməsi ilə bağlı müzakirələrdən sonra ”El" Hərəkatına qarşı basqılar şiddətli xarakter aldı. Hərəkatın rəhbərliyi prokurorluğa çağırıldı. Qondarma ittihamlarla bağlı dindirildi. Paralel olaraq birbaşa hakimiyyəti müdafiə edən və ya hansısa formada iqtidara bağlılığı olan saytlarda “El” Hərəkatı ilə bağlı böhtan dolu materiallar dərc olundu. Ümumiyyətlə, bütövlükdə Milli Şura hədəfə alındı. Yazdılar ki, ay nə bilim Milli Şura Rusiyanın projesi idi, indi milli proje olub, Milli Şurada doğmalar və ögeylər var, Milli Şuranın vahid namizədini yalnız iki partiya dəstəkləyir, yerdə qalanlar Cəmil Həsənlini müdafiə etmir və s. Bütün bunların kökündə əlbəttə ki, Milli Şuranın parçalamaq niyyəti dayanır. Çünki bu insanların arzuları gözündə qalmışdı. Milli Şuranı qoruyub saxlamışdıq. Və “El” Hərəkatının prosesdə önəmli rolu olmuşdu. Yenə də arzuları gözlərində qalacaq. Biz sona qədər bir yerdə olacağıq". Eldar Namazov deyib ki, Rauf Arifoğlunun da “El”ə qarşı kampaniya aparanların sırasından olmasından təəssüflənir: “Çox təəssüf ki, bu sırada Rauf bəy də var. Güman etmirəm ki, Rauf bəyin Cəmil Həsənlini ”El"dən qoruması kənardan səmimi görünür. Çünki Rauf bəy Milli Şuranın üzvü deyil. Və öz istəyilə Milli Şuraya qatılmayıb. Amma Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi olmasında “El”in də rolu var və “El” Hərəkatı vahid namizədi dəstəkləyir. Yenə də qeyd edirəm ki, yazılanlar böhtandır. Və məncə “Milli Şura artıq dağıldı”, “Milli Şura özünü buraxmalıdır” kimi fikirlər Milli Şuranı dəstəklədiyini deyən insanın dilindən səslənməməməlidir". Maraqlıdır ki, “El” Hərəkatı ilə bağlı ittihamlara Eldar Namazovun müavinləri Zəfər Quliyev və Köçəri Nağıbəyli cavab verməkdən yayınıb. Zəfər Quliyev bildirib ki, o deyilənlərə münasibət bildirmək, buna vaxt ayırmaq istəmir. Köçəri Nağıbəyli isə “Azadlıq” qəzetinin qərəzli(?) olduğunu bəhanə gətirib. Sonda xatırladaq ki, Rauf Arifoğlu mətbuata açıqlamasında “El” Hərəkatının ünvanına sərt ittihamlar səsləndirib. O, bu təşkilatı müxalifətin faciəsi adlandırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|