MİLLİ ŞURA HEYƏTİ LONDONA NİYƏ GEDİR?
Tarix: 7-09-2013, 11:40 | Çap et
Yaxın günlərdə Milli Şuranın nümayəndə heyəti Böyük Britaniyaya səfər edəcək. Bu səfərin məqsədi və proqramı barədə Turan-a müsahibəsində MŞ sədrinin Londondakı təmsilçisi Murad Həsənli məlumat verib.
- Milli Şuranın nümayəndə heyətinin səfərini kim, hansı məqsədlə təşkil edir?
- Səfəri Milli Şura təşkil edib. Bu həftə mən MŞ sədrinin Britaniya üzrə nümayəndəsi təyin edildim və bu səfərin koordinatoruyam. Səfər Milli Şura administrasiyasının birbaşa rəhbərliyi ilə keçəcək. Londona qarşıdakı səfər MŞ-nın beynəlxalq kampaniyasının tərkib hissəsidir. Kampaniya çərçivəsində ABŞ, Almaniya və Belçikaya səfərlər olub. Milli Şura Azərbaycan diasporunun mühüm hissəsi tərəfindən dəstəklənir və biz Avropa və ABŞ-da bir çox Azərbaycan təşkilatları ilə əməkdaşlıq edirik. O cümlədən Britaniyada Londondakı Azərbaycan Demokratik Assosiasiyası Milli Şuranın nümayəndə heyətinə səfərin təşkilində kömək edir. (https://www.facebook.com/ada.united.kingdom)
Səfərdə məqsəd vahid namizədimiz Cəmil Həsənlinin Britaniya siyasi və ictimai dairələrində təqdim edilməsi, Azərbaycandakı vəziyyət, qarşıdan gələn seçkilər barədə məlumat vermək, Milli Şuranın siyasi proqramını müzakirə etməkdir. Britaniya Azərbaycanın vacib tərəfdaşıdır və MŞ ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsini alqışlayır. Hesab edirik ki, bu münasibətlərin uzun müddətli sabitliyi Azərbaycanda demokratik hüquqi sistemin bərqərar olmasından asılıdır.
- Səfər nə vaxt həyata keçəcək və proqram necədir?
- Səfər sentyabrın 12-13-də olacaq. Londonda Azərbaycanda qarşıdan gələn seçkilərə və Milli Şuraya maraq böyükdür. MŞ çərçivəsində bütün əsas müxalif qüvvələrin birləşməsi istər diplomatik dairələrdə, isrtərsə də ekspertlər və şərhçilər arasında müsbət qiymətləndirildi. Ona görə MŞ nümayəndə heyətinin səfəri ciddi marağa səbəb olub. Səfər proqramına Britaniya XİN-də (Foreign Office), Beynəlxalq İşlər üzrə Kral İnstitutunda (The Royal Institute of International Affairs – Chatham House. (Tədbirin detalları bazar ertəsindən bu səhifədə göstəriləcək 9/09 - http://www.chathamhouse.org/events) görüşlər daxildir. Həmçinin Britaniya QHT-ləri və vətəndaş cəmiyyəti təmsilçiləri, parlament üzvləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri ilə görüş, ölkənin aparıcı KİV-də müsahibə nəzərdə tutulur.
- Londona kimlər dəvət olunub?
- Əvvəlcə sentyabrın 5-dən 9-dək davam edəcək uzunmüddətli geniş səfər nəzərdə tutulurdu, buraya bir sıra təşkilat və partiyaların təmsilçiləri və liderləri daxil olmalı idi. Amma namizədin qeydiyyatı, imza toplanması prosesi və seçkiöncəsi kampaniyanın tələbləri ilə bağlı texniki səbəblər üzündən səfəri 12-13 sentyabra keçirib nümayəndə sayını azaltmaq lazım gəldi. Londona MŞ-nın namizədi Cəmil Həsənli, MŞ sədri Rüstəm İbrahimbəyov, MŞ aparatının rəhbəri Eldar Namazov gələcək.
- Azərbaycanın seçki kampaniyasının gedişi üçün bu səfərin hansı əhəmiyyəti var?
MŞ-nın prioriteti qarşıdakı seçkilərdə səmərəli mübarizə aparmaq və qələbə qazanmaqadır. Təbii ki, seçki kampaniyasının beynəlxalq elementi köməkçi xarakter daşıyır. Amma Milli Şuraya qarşı hökumətyönlü KİV-də qara piar kampaniyasını nəzərə alanda MŞ komandası və namizədinin Londona səfəri və onun yüksək səviyyəsi növbəti dəfə Milli Şura haqda hökumətin miflərini alt-üst edəcək. Namizədimiz və komandamız beynəlxalq səviyyədə böyük hörmətə malikdir. Milli Şura səmərəli işləyir və beynəlxalq əlaqələri inkişaf etdirir, Azərbaycan diasporu ilə əlaqələri gücləndirir. Bu zaman Azərbaycanın milli maraqlarından çıxış edir, ölkə vətəndaşlarının hüquqlarını müdafiə edirik. Londona səfər namizədimizə imkan verəcək ki, balanslı xarici-siyasi prioritet və istiqamətləri Azərbaycan seçicisinə göstərsin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|