HAKİMİYYƏT MƏZAHİR PƏNAHOVU QURBAN VERİR?
Tarix: 2-08-2013, 14:03 |
Çap et
RƏSMİ BAKIYA YENİ PLAN TƏKLİFİ
DİA.AZ: - Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov vəzifəsindən alına bilər. Bu şok məlumatı DİA.AZ-a verən hökumət içindəki mənbə iddia edir ki, MSK sədri postunu tutan Məzahir Pənahov hakimiyyətin builki seçkilərlə bağlı plan dəyişikliklərinin nəticəsi kimi vəzifəsindən alına bilər.
Mənbənin redaksiyamıza söylədikləri: «Hakimiyyətin builki prezident seçkilərinə hansı şəraitdə getməsini izahlamağa ehtiyac yoxdur. Təzyiqlərin fonunda rəsmi Bakı bir sıra taktiki dəyişikliklərə getmək fikrindədir. Və hətta bu planın içində MSK sədri postuna müxalifətin də etimad göstərdiyi şəxslərdən birinin gətirilməsi nəzərdə tutulur».
Həlşəlik bu planın iqtidar tərəfindən ümumən qəbul olunmadığını deyən mənbə, ideyanın gündəmdə olduğunu da əlavə etdi: «İdeya var. Müəyyən bir qruplaşma bu təkliflə çıxış edib və burada başlıca məqam seçkilərlə bağlı rəsmi Bakının problem yaşamamasını təmin etməkdən ibarətdir. Və Qərbə aid bir sıra institutların zaman-zaman MSK ilə bağlı təklif etdikləri dəyişikliklərin icrası da bu planda nəzərdə tutulub».