Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

MURADVERDİYEVİ KİMLƏR VƏ NECƏ HƏDƏFƏ ÇEVİRDİ?
Tarix: 28-06-2013, 13:46 | Çap et
MURADVERDİYEVİ KİMLƏR VƏ NECƏ HƏDƏFƏ ÇEVİRDİ?
BÜTÜN PROSESLƏRİN ARXASINDA DAYANAN TƏK İSİM RAMİZ MEHDİYEVDİR

DİA.AZ: - Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin yenidən həbsi seçki öncəsi regional elektoratın «stavkası» ilə bağlı məsələləri gündəmə gətirdi. Üslub bu dəfə də köhnə qaydada idi. Onlar dəyişməyə, rəqibi susdurmaq planlarında yenilik etməyə deyəsən başqa bir yol tapa bilmirlər. Tarixin mənzərəsi göstərir ki, ciddi təmirə ehtiyacı olan maşını təkrar hərəkətə gətirməyə başlayıblar. Eynən 2005-ci il parlament seçkilərində olduğu kimi. Xatırlayırsınızsa, seçki ərəfəsində keçmiş səhiyyə naziri Əli İnsanovla eyni vaxtda hakimiyyəti zorla ələ keçirməyə cəhd, kütləvi ixtişaşa hazırlıq ittihamları ilə həbs olunan Akif Muradverdiyev sonradan dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma, vəzifə səhlənkarlığı maddələri ilə müttəhimlər kürsüsündə oturdular. 3 il yatdıqdan sonra Ali Məhkəmə Akif Muradverdiyevin həbs cəzasını 5 illik şərti cəza ilə əvəzlədi və o azadlığa buraxıldı. Bu ilin 19 iyun tarixində keçmiş səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək verdiyinin səhəri günü Muradverdiyev qaçaqmalçılıqda günahlandırılaraq hava limanında dübarə həbs edildi. Doğrudan, 11 illik həbs həyatı ilə mükafatlandırılan Əli İnsanovun Milli Şuraya dəstək bəyanatının bu məsələdə nə dərəcədə rolu olduğunu yaxın tarixdə seyr edə biləcəyik. Ancaq həbsin siyasi xarakter daşıdığı hamıya gün kimi aydındır və buna kimsənin şübhəsi varsa, öz əks arqumentini meydana qoya bilər.

DİA.AZ bildirir ki, qalmaqallı həbsin motivində Əli İnsanovun Milli Şura ilə işbirliyində olduğu ehtimalı var idisə, yaxud işlər idarəsinin müdiri Akif Muradverdiyevin Moskva ilə bağlılığı barədə məlumatlar əldə edilmişdisə, hakimiyyət vəziyyətin bu səviyyəyə gəlib çatmasını niyə gözləyirdi? Yubanmanın gizlin səbəbləri nədən ibarətdir? Axı bu, bir və yaxud iki günün içində hazırlanan hadisəyə oxşamır. Sözsüz ki, Akif Muradverdiyevin barəsində əməliyyat məlumatları olub. Deməli, keçmiş məhbusun fikrində gəzdirdiyi hansısa siyasi niyyəti olmuşdusa, hüquq mühafizə orqanları bunu isti-isti nəzarətə götürüb məsələni hava limanına saxlamaya da bilərdilər.

Görünür, «qızıl sikkələrlə» birlikdə onun sahibini məhz uçuş xəttində yaxalamaq daha münasib sayılmışdı. Yenə də ənənəvi metod! Adam sərhəd və gömrük buraxılış məntəqələrindən keçir və trapa minmək istəyərkən qoluna girilir, oradanca maşın oturdub aparırlar. Nümayişkarənə şəkildə ikinci dəfə həbs edilən Akif Muradverdiyevin bu aqibəti ilə qəsdən kimlərəsə açıq mesaj verilirdi. Ünvan bəllidir. Bu dəfə də hədəfdə məlum elektoratdır. Ancaq düyməni basanın birbaşa hakimiyyət rəhbəri olduğu şübhə doğurur. Xəyala çox şey gələ bilər. Bəlkə də Onu inandırıblar. Tələsməyin, belə qurğuların qurulmasında böyük təcrübəsi olan və məlum elektorata kini, qəzəbi ilə xüsusi seçilən birisi haqda elə indicə danışacağıq. İlməni salan onun özüdür.

Adətən, seçkiyə gedən heç bir namizəd böyük bir elektorata göz dağı verib dəstək qazanmağı istəməz. Seçki texnologiyasında yazılmamış bir qanun hakimdir ki, nə edirsən et, elektoratın əvvəl könlünü sonra isə səsini al. DİA.AZ-a daxil olan məlumatlara görə, Akif Muradverdiyevin yenidən həbs edilərək bunun siyasi şouya çevrilməsi, məsələylə bağlı mətbuata qarışıq və təzadlı informasiyaların ötürülməsi, nəhayət özlərinə yaxın KİV-lərdə yönləndirici yazıların verilməsinin arxasında birbaşa Prezident Admistirasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır.

“Boz kardinal” həmişə olduğu kimi bu seçki ərəfəsində də yenə öz rolunu oynadı. Bununla birinciyə çatdırmaq istədi ki, idarə etdiyi hakimiyyət maşınının yanacaqla təminatı məhz onun əlindədir. Bu cür incə gedişlərlə boz kordinal dəfələrlə öz mesajını ünvanına çatdırıb. Belə hiyləgər yollarla qazandığı siyasi mövqeyini dəfələrlə möhkəmləndirməyi bacarıb. İpin ucunu əlindən buraxmaq istəməyən Mehdiyev prosesi məntiqi ardıcıllıqla başa çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi qarşısına əvəzolunmaz məqsəd kimi qoymuşdur. O, doğrudan məşhur rejisordur. Hələ 2005-ci ilin parlament seçkiləri ərəfəsində «qələmə aldığı» ssenarini tamaşaya qoyarkən hakimiyyətin zirvəsini qurduğu hiyləyə inandıra bilmişdi. Məlum elektoratı rəhbərin gözündən salmaq üçün demək olar ki, artıq məqsədinə çatıb.

Buradaca bir haşiyəyə çıxmaq yerinə düşər. Ölkənin və millətin istiqlaliyyəti üçün iki damla tər tökməyən partnamenklatur təfəkkürlü bu sovet kadrının döşünə İstiqlal ordenini taxarkən televiziya önündə “boz kardinalın” nə qədər rahat və qalib görkəmdə olduğunu duymaq üçün heç böyük fərasət lazım deyildi. Birincinin xoş sözləri təxminən belə idi: «Hörmətli Ramiz müəllim, həyat kimin-kim olduğunu göstərdi və biz hələ çox illər bir yerdə işləyəcəyik». İnam öz yerini almışdı və birincinin işarəsi o qədər aydın idi ki, onu ümumiyyətlə, təhlil etməyə ehtiyac qalmırdı. Ramiz Mehdiyevə inamı görmək aydın səmada ulduzları görmək kimi asan idi. Əzəli rəqibini içəri saldırmaqla özünün «əbədi» toxunulmazlığını qazanmışdı. «Etibarı» ikinci dəfə möhkəmləndirmək tələb olunurdu. Çünki «Gülərqeyd əfsanəsi» onun dayaqlarını elə sarsıtmışdı ki, özünü düzəltmək üçün nəyisə ortalığa atıb diqqəti özündən yayındırmalı idi. Doğrudanmı, «İstiqlalçı» Ramiz Mehdiyevə inamın, etimadın ömrü uzun çəkəcək?

Bu yerdə qəribə bir fikir adımın beynini deşir. Çevriliş maddəsi ilə həbsə atılan 4 nəfərdən ikisinə məhkəmə hökm kəsir, ancaq Eldar Salayevlə Fikrət Sadıxov azadlığa buraxılır. Axı onlar «çevrilişi» dördlükdə həyata keçirmək üçün bir yerdə idilər. Bəs nə oldu? O oldu ki, Ramiz Mehdiyevin qurduğu ssenari ilə özününkü saydığı həmyerliləri Eldar Salayevlə Fikrət Sadıxov bu gün öz ev-eşiyində, bir nömrəli düşməni Əli İnsanovla Akif Muradverdiyev isə zindanda. Muradverdiyev isə yenidən barmaqlıqlar arasına salındı. Soyuq müharibə bütün sərhədləri keçib.

Ortaya o zaman düşünmək üçün bir sual çıxır? Əgər başda Ramiz Mehdiyev olmaqla naxçıvanlı klanı ilə məlum elektorat arasında soyuq müharibə davam edirsə, nədən son anda həmişə qalib gələn məhz Ramiz Mehdiyev olur? Səbəb sadədir. Anklav demək olar ki, böyük əksəriyyətlə Ramiz Mehdiyevin və regional prinsipin ətrafında birləşə bilir. Əslində pərakəndə ölkənin həyatında baş verən bu siyasi dalğanın Ramiz Mehdiyev kimilərə gətirdiyi xeyri, qazancı sübut etməyə ehtiyac yoxdur. Bəli, bir mənada onlara həsəd aparmaq da olar. Burdaca mötərizəsiz danışaq. Məlum elektorat da daxil olmaqla digər regionlar həqiqətən öz vəhdətini qoruya bilmir. Anklav bunu gözəl bilir və fürsətdən məharətlə istifadə edir.

Məlum elektoratın üzərinə gələk. İndi elə dağılmış vəziyyətdədir ki, onu ayaq üstə qaldırmaq üçün illər lazım olacaq. Günahı kimsədə axtarmaq gərək deyil. Məlum elektoratın özünün içindədir. Niyə? Baxın onlardan kimsə vuralan kimi bu hadisəyə «məndən ötdü qardaşıma dəydi» düşüncəsi ilə yanaşırlar. Ramiz Mehdiyev isə bu boşluğu çox gözəl bilir və ona görə də düşmənləri ümumi deyil, tək-tək neytrallaşdırır. Nəticədə isə fərdlər üzərində əldə etdiyi qələbəni sonra ümumiləşdirməyi bacarır, yekun olaraq məqsədini düşmən saydığı məlum elektorata qarşı çevirməyə nail olur. Boz kordinal bununla həm pataloji nifrət etdiyi elektoratdan qisasını alır, həm də hakimiyyətdə yerini isti salıb bərkitməklə yanaşı özünün əvəzolunmaz kadr olması fonunu yaradır.

Amma inandırıcı deyil ki, son taktiki gedişlər onun stratejiyasının tərkib hissəsi kimi özünü tam doğruldacaq. Əvvəllər hakimiyyət tortunun ətrafında əsasən iki regional klan toplaşmışdısa, indi mənzərə tamamilə dəyişib. Artıq neçə ildir ki, tortun ətrafında üçüncü güclü və yeni qüvvə toplaşıb. Yanan şamların söndürülməsi səlahiyyə\ti də məhz yeni qüvvənin ixtiyarındadır. Qoca Mehdiyev deyəsən artıq əvvəlki gücdə deyil və dişi Paşayevlərə batmır. Əgər bu mərhələdə məlum elektoratla Paşayevlər çəkici bir yerə vura bilsə, həqiqətən sovet idieloqunun payızı gələcək. Yox əgər birləşə bilməsələr boz kordinalın hakimiyyəti bir qədər də uzanacaq. Amma bütün şərtlər, imkanlar və siyasi görüntülər onu deməyə əsas verir ki, Mehdiyev bu seçkidən sonra təpəni üzü yuxarı deyil, üzü aşağı getməyə məcbur olacaq. Artıq anklav özü də onun region üçün yaratdığı problemləri aydın göürür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru