DAHA BİR DEPUTATIMIZI HƏBS YOLU GÖZLƏYİR
Tarix: 21-06-2013, 14:45 |
Çap et
AYDIN ABBASOV ATASINAN QURBANI OLUR
DİA.AZ: - Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun son zamanlar Kremlin antiAzərbaycan projesində xüsusi yerdə dayanması onun Azərbaycandakı yaxınları üçün açıq-aşkar təhdiddir ki, bu məsələ yeni deyil. Məsələn, bir neçə ay əvvəl Rusiya Azərbaycan Təşkilatları İttifaqı sədrinin yaxın qohumlarından biri Gəncədə həbs olundu və mətbuata açıqlamasında Abbas Abbasovun «Qoçu» ləqəbli qohumunun həyat yoldaşı bildirdi ki, onun əri Abbas Abbasovun qohumu olduğuna görə həbs edilib.
DİA.AZ-a daxil olan son xəbərlərdən isə aydın olur ki, bu həbs yeganə olmaya bilər. Bu barədə danışan mənbəmiz artıq «yuxarıların» Abbas Abbasovla haqq-hesab çürütmək qərarına gəldiyini də bildirib.
Xatırladaq ki, hələ xeyli əvvəldən Abbas Abbasovun deputat oğlu Aydın Abbasovun Bakının əlində rəsmən girov olduğunu diqqətinizə çatdırmışdıq. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərinə görə, «Milyarderlər İttifaqı» başqanına qarşı nəzərdə tutulan basqılar sırasında ilk yerdə gələni də məhz Aydın Abbasovun oğlu ilə bağlı tədbirdir.
Mənbənin söylədikləri: «Parlamentin yaxın günlərdəki iclaslarının birində bu məsələyə baxılacaq. Ola bilsin ki, bunun üçün Milli Məclisin fövqəladə iclası keçirilsin və Aydın Abbasovun mandatı əlindən alınsın. Eyni zamanda ona qarşı cinayət işi də açıla bilər. Hələlik deputata qarşı hansı ittihamların irəli sürüləcəyi haqda dəqiq fikirlər yoxdur».
Xatırladaq ki, son illərdə Hüseyn Abdullayev və Gülər Əhmədova mandatları əllərindən alınaraq həbs edilib. Yəni artıq belə bir ənənə mövcuddur.