QARADAĞ VƏ XƏTAİ RAYONLARININ BAŞÇILARI GEDİR
Tarix: 11-06-2013, 12:57 |
Çap et
DİGƏR RAYONLARIN ƏKSƏRİYYƏTİ İSƏ…
DİA.AZ: - Bir müddət öncə Xaçmazın hazırki icra başçısı Şəmsəddin Xanbabayevin rayondakı obyektlərini satışa çıxarması barədə xəbərlər yayıldı. Gələn informasiyalardan aydın olurdu ki, icra başçısı vəzifədən gedəcəyilə əlaqədar mülklərini belə maklerlərə həvalə edib. Amma sonradan aydın oldu ki, Xanbabayev hələ getməyə tələsmir.
Bu barədə DİA.AZ-a daxil olan son informasiyalar da təsdiqləyir ki, Xaçmazda icra başçısı dəyişikliyi builki prezident seçkilərindən sonraya təsadüf edəcək. Bu barədə Nazirlər Kabinetindəki mənbəmiz redaksiyamıza yeni xəbərləri də çatdırıb.
Mənbənin söylədikləri: «Ümumiyyətlə, kadr islahatı yönündə, xüsusən də icra başçıları ilə bağlı yerdəyişmə və dəyişiklik məsələlərində yubanmalar gözlənilir. Doğrudur, ola bilsin ki, hansısa əlahiddə addım atılsın. Amma əksər rayonların rəhbərləri məhz seçkidən sonra dəyişəcək ki, bu da daxili qərarla formalaşıb».
Mənbəmiz iddia edir ki, istisnalar yalnız Bakının rayonları ilə bağlı ola bilər: «Məsələn, konkret olaraq Qaradağ və Xətai rayonlarının icra başçılarının məsələsi aktualdır. Onlar vəzifələrini tezliklə itirə bilərlər. Eyni zamanda Yasamalın icra başçısı da təhlükəli nöqtədədir. Doğrudur, o, özü barəsində işgörən təəssüratı yarada bilib. Amma bu faktor belə adının «qara siyahı»dan çıxmasına nədən ola bilməyib».