KEÇMİŞ İCRA BAŞÇISINDAN NARAZILIQ EDƏN VAR
Tarix: 1-06-2013, 11:23 | Çap et
LAÇIN SAKİNİ HƏLƏ DƏ HAQQINI BƏRPA EDƏ BİLMİR: SƏSİNİ EŞİDƏN YOXDURDİA.AZ: - Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün Baxışov Müqabil Baxış oğlu redaksiyamıza göndərdiyi məktubda korrupsiya hüquqpozmaları ilə bağlı şikayətçi olduğundan təqibə və cəzaya məruz qaldığını yazır. Vətəndaşın infom.az-a göndərdiyi məktubu olduğu kimi təqdim edərkən xatırladırıq ki, müraciətdə yer alan faktların doğruluğu tərəfimizdən nə təsdiq, nə də inkar olunur. Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılovun qanunsuz əməllərindən cana doyan məcburi köçkünlər, Ağcabədi rayonunun “Taxta körpü” ərazisində salınmış 552 evlik qəsəbənin paylanışı zamanı əyintilərdən sonra sərt addımlar atmağa məcbur oldu. 2012-ci ilin martın 7-də bir qrup rayon sakini əllərində ulu öndərimiz H. Əliyevin portretləri olmaqla Qarakeçdi obasından başlayaraq Ağcabədi -Zərdab magistral yolu istiqamətində dinc aksiya keçirməyə cəhd etdilər. Köçkünlər bu yolla rayonda baş alıb gedən korrupsiya əməllərinə etirazlarını bildirmək istəyirdilər. Lakin polis aksiyanın genişlənməsinə imkan vermədi. Həmin vaxtlar mən rayon təhsil şöbəsində metodist vəzifəsində çalışırdım. Dəfələrlə R. Cəbrayılovun qəbulunda olub, rayonda baş verənlərə öz kəskin etirazımı bildirmişdim. Buna görə R. Cəbrayılov şübhələnirdi ki, aksiyanın təşkilatçısi mən və səhiyyə şöbəsinin müdir müavini Z. Əhmədovdur. Doğrusu aksiyanın keçirilməsində mənim heç bir rolum olmayıb. Lakin R. Cəbrayılov milliyyətcə kürd olduğumu əldə bayraq edərək, məndən qisas almaq məqsədilə sosial şəbəkələrdə belə bir dezinformasiya yaydırdı ki, guya PKK-nın Suriya və İraqda olan liderlərindən Laçın qış yataqlarına gələn olub, burada olan kürd əsilli sakinlərlə görüşüblər və mən də həmin görüşdə iştirak etmişəm. Mən teleqram və ərizələrlə DİN-ə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik nazirliyinə müraciət etdim ki, məsələ araşdırılsın. Əgər həqiqətən PKK-çılarla görüş olubsa və həmin görüşdə mənim hər hansı iştirakım varsa, barəmdə cinayət işi açılsın, yox, barəmdə yalan məlumat yayılıbsa, onda bu məlumatı yayanlar cəzalandırılsınlar. Çox təssüf ki, bu orqanlar müraciətlərimə cavab vermədilər. Məcburiyyət qarşısında qalıb Z. Əhmədovla 19 mart 2012-ci il tarixdə “Gündəlik Bakı” qəzetinin redaksiyasına getdik. Əlimdə olan təkzibolunmaz korrupsiya faktlarını, “Taxta körpü”də satılmış evlərin siyahısını və rayon xeyriyyə fondundan oğurlanmış pulların rəsmi cədvəllərinin surətini redaksiyaya təqdim etdim. Bu faktlar adıçəkilən qəzetdə dərc olunandan sonra mənə qarşı təzyiqlər getdikcə gücləndi. Dəfələrlə Rayon Təhsil Şöbəsinin müdiri M. Vəliyev mənə bildirdi ki, ya R.Cəbrayılovla barış, ya da işdən azad olunmağın barədə ərizəni yaz. Bir neçə dəfə səbəbini göstərməklə işdən azad olunmağım barədə ərizə yazsam da, şöbə müdiri qəbul etmədi. 24 mart 2012-ci il tarixdə səhhətimlə bağlı tutduğum vəzifədən azad olunmağım üçün ərizəmi M. Vəliyevə təqdim etdim. Müraciətim iştirakımla təhsil işçilərinin həmkarlar təşkilatında müzakirə olunarkən mən bildirdim ki, səhhətimdə heç bir problem yoxdur, lakin icra başçısı məni təhdid edir, ölümlə hədələyir, buna görə də iş yerimə gəlməyimə qorxuram. Təəssüf ki, icra başçısının diqtəsiylə işləyən bu orqan işdən azad olunmağıma razılıq verdi. Yuxarı orqanlara müraciət etsəm də, sanki mən bu ölkənin vətəndaşı deyiləm kimi əhəmiyyət verilmirdi. Həyatım olduqca təhlükə altında idi, hətta yaxınlarım da başıma gətiriləcəklərdən ehtiyatlanırdı. 04 iyun 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdim. Rayonumuzda baş verənlərlə bağlı kü3tləvi informasiya vasitələrinin əməkdaşlarına ətraflı məlumat verməklə yanaşı, Baş Prokurorluğa, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlilərinə, beynəlxalq hüquq müdafiəsi təşkilatlarına müraciət edərək həyatımın təhlükədə olduğunu, yaxın 15-20 gündə şərlənərək həbs olunacağımı bildirdim. 14 gün sonra- 18 iyun 2012-ci il tarixdə həbs olundum. R.Cəbrayilovun yaxın dostu, Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun götərişi ilə üzümə adam dirədib, məndən “xuliqan” düzəltdilər. Doğrusu, mən həbs olunandan sonra dövlətə və hökumətə olan inamım sarsıldı. 4 ay 16 gün Gəncə 2 saylı istintaq təcridxanasında saxlandıqdan sonra Ağcabədi rayon məhkəməsinin qərarı ilə 3 il şərti cəza alıb, buraxıldım. Ağcabədi rayon polis və prokurorluq orqanlarında, xüsusən Ağcabədi rayon məhkəməsində olan ədalətsizliklə barışa bilmirdim. Biləndə ki, atamın, mənim və qardaşlarımın əmlakı bahasına azadlığa buraxılmışam, bunu sinirə bilmədim və atam Baxışov Baxışdan rüşvət qismində alınmış pulların geri qaytarılmasını tələb etdim. Bu vaxt həm Ramiz Cəbrayılovun, həm də Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadovun hədələrinə məruz qaldım. Başıma gətirilənləri mətbuat orqanları ilə bölüşdüyüm üçün DİN-in mətbuat xidmətinin rəhbəri Orxan Mənsurzadə DİN adından təkzib etməklə yanaşı, unvanıma təhqiramiz ifadələr işlədib. Bundan sonra yenidən təqibə məruz qalmışam. Əlimdə R. Cəbrayılovun korrupsiya əməllərini ört-basdır olunması üçün sifarişlə həbs olunduğumu, Ağcabədi RPŞ-də və Ağcabədi rayon məhkəməsində ciddi qanun pozuntularına yol verildiyini sübut edəcək təkzibolunmaz faktlar var. Lakin onları araşdırmaqda maraqlı olan bir orqan yoxdur. Pozulan hüquqlarımın bərpası üçün bilmirəm bundan sonra hara, kimə müraciət edim. Baxışov Müqabil Baxış oğlu, Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
|