MƏHƏRRƏM ƏLİYEV QİSAS ƏMƏLİYYATI BAŞLATDI
Tarix: 14-05-2013, 12:59 |
Çap et
PA RƏSMİSİNİN İLK HƏDƏFİ KİMDİR?
DİA.AZ: - Tacikistan «sürgünündən» qayıtdıqdan sonra yenidən diplomatik fəaliyyətini davam etdirəcəyi haqda xəbərlər yayılsa da, gözlənilmədən Bakı Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev Prezident Administrasiyasında vəzifəyə gətirildi. Doğrudur, onun vəzifəsi bu gün PA rəhbəri Ramiz Mehdiyevin köməkçisi statusundadır, amma Məhərrəm Əliyev üçün yeni postunun ciddi rıçaq olması heç şübhəsizdir.
DİA.AZ bildirir ki, sabiq «qorotdel» rəisinin bu rıçaqdan gen-bol istifadə etdiyi də indidən hiss olunmaqdadır. Bu barədə redaksiyamızın əldə etdiyi informasiyalardan aydın olur ki, artıq Mərəhhəm Əliyev hətta qisas əməliyyatına da start verib. Və özü də zamanında onunla rəqib cinahda olmuş şəxslərə qarşı. İlk hədəflərindən biri isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə rəhbərlik edən Mədət Quliyevdir.
Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, Mədət Quliyevi sıradan çıxara bilməsi üçün Məhərrəm Əliyev hətta köhnə əlaqələrindən istifadə edərək «kriminallara» ismarıclar da yollatdırıb: «Bu ismarıcların hansı mahiyyət daşıdığını təxmin etmək çətin deyil. Çünki əgər hansısa kolonda məhbus qiyamı baş qaldırarsa, təbii ki, buna görə Mədət Quliyevin başını tumarlamayacaqlar. Odur ki, Məhərrəm Əliyev nə etdiyinin fərqindədir».
Mənbəmiz onu da əlavə etdi ki, artıq bir sıra mühüm dairələrdə Mədət Quliyevə qarşı tədarüklərin olması barədə də informasiyalar var.