Əsas Səhifə > Sosial, Manşet > Yanvarın 1-dən işsizlər ordusunun sırası genişlənir...

Yanvarın 1-dən işsizlər ordusunun sırası genişlənir...


23-12-2015, 09:18
Yanvarın 1-dən işsizlər ordusunun sırası genişlənir...
DİA.AZ: - 1 yanvar 2016-cı il tarixindən etibarən işsizlər ordusunun sırası daha bir neçə yüz nəfərin hesabına genişlənmiş olacaq. Bu barədə DİA.AZ-a danışan və artıq sabiq "Azəriqaz" əməkdaşı hesab olunan şəxsin bildirdiyinə görə, yanvar ayından “Azəriqaz” İstehsalat Birliyinin Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Səbayel, Suraxanı və Yasamal rayon qaz istismar sahələri ləğv edilməsilə yüzlərlə şəxs işsiz qalacaq ki, onlara qabaqcadan vəd olunanların da heç biri yerinə yetirilmədiyindən, rahatlıqla "yüzlərlə ailə taleyin ümidinə buraxılıb" demək də olar.

Dia.az xatırladır ki, qeyd olunan qurumların ləğvi barədə əmr hələ bu ilin noyabr ayının əvvəlində verilib. Və həmin ərəfədə bildirilirdi ki, “Azəriqaz” növbəti struktur dəyişikliyinə gedir. Yəni guya ki, ləğv edilən idarələrin əməkdaşlarına iş veriləcək, iş verilməyənlərə isə əməkhaqqılarının 5 misli qədərində təzminat ödəniləcək.

Qurumun sabiq əməkdaşı dia.az-a bildirir ki, yeni yaradılan qurumlarda vəzifələr rəsmən satışa çıxarıldığından əvvəlindən də sıravi "Azəriqaz" işçisi kimi tanınanların yenidən harasa təyin olunması, işə götürülməsi də imkansızdır. Keçmiş "Azəriqaz" işçisi DİA.AZ-a yazır: "İndi biz ən yaxşı halda əməkhaqqının 5 mislinə ümid edirik. Amma bununla da nə qədər yaşaya bilərik, sual altındadır. Ölkədəki durum göz önündədir. Yeni iş tapmaq isə çətindir. Onların əməkhaqqılarımızın 5 misli kimi təqdim etdikləri məbləğ isə dolların qalxmasından sonra 2 mislə bərabər hesab olunur. Deməli biz ailəmizi əvvəlki zəviyyədə 2 ay yaşada bilərik. Sonra isə... Allah bizi qorusun".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt