Əsas Səhifə > Sosial, Manşet > Ən çox barəsində şikayət olunan rayon bəlli oldu

Ən çox barəsində şikayət olunan rayon bəlli oldu


11-12-2015, 10:48
Ən çox barəsində şikayət olunan rayon bəlli oldu
DİA.AZ: - "Söz" Analtikik Araşdırma Bürosu (SAAB) barəsində ən çox şikayət olunan rayonların ilk beşliyini müəyyən edib. Bu barədə DİA.AZ-a qurumdan verilən məlumatda qeyd olunur.

SAAB-dan bildirilənə görə, bu il ərzində internet portallarında yer alan şikayət xarakterli informasiyaların təhlili zamanı məlum olub ki, vətəndaşlar daha çox aşağıdakı rayonların icra hakimiyyətlərindən və ayrı-ayrı dövlət qurumlarından şikayətçidirlər.

Dia.az araşdırma nəticəsində ortaya çıxan ilk beşliyi təqdim edir:

1. Göyçay;
2. Masallı;
3. Beyləqan;
4. Ağsu;
5. Ağdam

SAAB-dan dia.az-a həmçinin o da bildirilib ki, araşdırmalar nəticəsində varəsində daha az yazılan rayonların da sırlaması müəyyən olunub:

1. Qubadlı;
2. Ağdaş;
3. Bakının əksər rayonları (Bakı rayonları ümumi halda götürülüb);
4. Qusar;
5. Göygöl

Geri qayıt