Əsas Səhifə > Sosial, Manşet > Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..

Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..


2-12-2015, 09:04
Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..
Aylardır Masallı rayonunda durumun acınacaqlı olduğunu, icra başçısı Rafil Hüseynovun başının yalnız pul qazanmağa və yeyib-içməyə qarışdığını yazırıq. Bununla bağlı dəfələrlə məhkəməyə verilmişik, amma həqiqətləri deməkdən də çəkinməmişik. Bundan sonra da prinsiplərimiz dəyişməzdir.

JAM.AZ xəbər verir ki, Rafil Hüseynovun rayonu viran qoymasının dəlil və sübutları ortalıqdadır. Yolların bərbad durumda olması, insanların rifahının acınacaqlı şəkil alması, sahibkarların incidilməsi, yerli məmurların biabırçı duruma salınması və digər hallar bunların əyani sübutlarıdır. Hələ bir müddət əvvəl sənəd üzərində 4,7 milyon manat pul ayrılmış yolun vəzifətini əks etdirən fotoşəkillər paylaşmışdıq. Və bu fotolar icra başçısının heç də xoşuna gəlməmişi. Ona görə ki, həmin yolun vəziyyəti heç 47 min manatlıq da deyildi.

Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..

JAM.AZ Masallıdakı acınacaqlı durumun və rayon rəhbərliyinin yerində olmamasını nümayiş etdirən daha bir faktı oxucuların diqqətinə çatdırır. Belə ki, XXI əsr Azərbaycanında orta məktəblərin daha yüksək səviyyədə olması daha çox inandırıcı görünə bilərdi. Amma Masallının icra başçısı Rafil Hüseynovun başı İsti Suda yeyib-içə qarışdığından, rayonun bəzi orta məktəbləri orta əsr mədrəsələrini xatırladır. Əslində, heç orta əsr mədrəsələri belə İsgəndərli orta məktəbinin günündə olmayıb.

Bildirək ki, fotolardan gördüyünüz «bina» Masallı rayonu, İsbəndiyar Zülalov adına İsgəndərli kənd orta məktəbidir. Məktəbin durumu vahiməlidir və burada təhsilin hansı səviyyədə olması inanılmazdır. Dağılmış, koma vəziyyətində olan bu məktəbin yerində daha modern və yeni bir binanın inşa edilməsi üçün cəmi 250-300 min manat vəsait lazımdır.

Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..
Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..

P.S. Rafil Hüseynov hər üç aydan bir verdiyi hesabatlarında rayonda durumun «əla» olduğunu bildirir. Görünür, icra başçısının gözləri ya görmür, ya da görmək istəmir. Əks təqdirdə, rayonun mərkəzinə 5 addımlıqda yerləşən İsgəndərli kəndindəki belə bir vəziyyətdən xəbərdar olardı.

Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..
Bu məktəbə Mikayıl Cabbarovun adınımı verməlidirlər?..

Geri qayıt