Əsas Səhifə > Sosial, Manşet > Eldar Mahmudovla Cahangir Hacıyevə həlledici zərbə anı...

Eldar Mahmudovla Cahangir Hacıyevə həlledici zərbə anı...


11-11-2015, 08:48
Eldar Mahmudovla Cahangir Hacıyevə həlledici zərbə anı...
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlığ gedir. İstiqlal.az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, yaxın günlərdə Eldar Mahmudov həbs olunacaq.

Mənbənin məlumatına görə, onunla eyni gündə qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev dəmir barmaqlıqlar arasına salınacaq.

Mənbə bildirir ki, MTH-in iki generalı - nazirliyin Həqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovla sində Baş Təhlükəsizlik idarəsinin rəisi Akif Çovdarovla Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanovun əməlləri barədə toplanmış materiallar Baş Prokurorluğa təqdim edilməsi Eldar Mahmudovun həbsinə hazırlıqdır.

Məlumatlara görə, "MTH işi" çərçivəsində istintaqa cəlb olunan nazirliyin əməkdaşları Eldar Mahmudovun əleyhinə ifadələr veriblər. Həmin ifadələr yoxlanılıb və faktların əsassız olmadığı üzə çıxıb. Bununla da Eldar Mahmudovun həbsi zərurətə çevrilib.

Geri qayıt