Əsas Səhifə > Sosial, Manşet > Əkbər Hacıyevin qərarı şəmkirli sahibkarı müflis həddinə çatdırıb

Əkbər Hacıyevin qərarı şəmkirli sahibkarı müflis həddinə çatdırıb


15-10-2015, 08:42
Əkbər Hacıyevin qərarı şəmkirli sahibkarı müflis həddinə çatdırıb
DİA.AZ: - Şəmkir rayonu Qılıncbəyli kənd sakini, sahibkar Rüstəmov Kəramət Şəmməd oğlu prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Cənab Prezident!
Biz Şəmkir rayonunun sakinləri yaşamaq, ailələrimizi dolandırmaq üçün tək peşəmiz olan əkinçilik və heyvandarlıqla məşğul oluruq.

Möhtərəm Prezidentimiz! SİZİN regionların, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, 2015-ci ili kənd təsərrüfatı ili elan etməniz, bu haqqda verdiyiniz ciddi tapşırıq və tövsiyələrinizdən ruhlanaraq biz də Sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq.

Mən Şəmkir rayonun Qılıncbəyli kəndində 2010-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, kənd təsərrüfatı məhsulları istehsal edirəm. Küllü miqdarda vəsait xərcləyərək heyvandarlıq üçün mal tövləsi, 4 ha istixana inşa etmişəm. Qanunvericiliyin tələblərinə uyğun şəkildə istixananın qazla təmin olunması üçün Azəriqaz İB-nin Regional qaz idarəsinə rəsmi qaydada müraciət etmişəm. Onlardan rəsmi razılıq aldıqdan sonra 4-ha istixanaya müasir istilik sistemi inşa etmişəm. Qazanxana və qurğuların quraşdırılmasına tək 1. 000.000 manatdan çox vəsait xərcləmişəm”.

Daha sonra Şəmkir sakininin dia.az-a daxil olan müraciətində qeyd olunur: “....Sənədləşdirmə üçün 50 000 (əlli min) manat verib texniki şərt almışam. 2010-cu ildən 2015-ci ilin son aylarına kimi, fəaliyyət göstərdiyim 5- il müddətində Azəriqaz İB-i ilə heç bir narazılığımız olmayıb. Qaz sərfiyyatını əvvəlcədən ödəməklə ödəmişəm. 10.10.2015-ci il tarixdə heç bir yazılı, şifahi xəbərdarlıq olmadan təsərrüfatın qaz xətti açılıb. Səbəbini soruşduqda yerli məmurlar“Azəriqaz”-dan belə tapşırıq verildiyini söyləyirlər. Hal-hazırda istixanada 120.000 min manat vəsait xərcləyərək yetişdirdiyim xiyar batmaq üzrədir. Belə ki, son günlər havalar soyuq keçdiyi üçün, istixanada normal temperaturun saxlanması mümkün deyil. Qazdan başqa alternativ istilik sistemimiz olmadığı üçün xiyar kolları solmağa doğru gedir. Azəriqaz İB-nin rəhbərliyinə movcud durum haqqında məlumat verilməsinə baxmayaraq heç bir tədbir görülmür.

Onu da qeyd edim ki, istixanaya qaz çəkilərkən, ” TEXNİKİ ŞƏRTİ” Azəriqaz 2 möhürlə, Fövqaladə Hallar Nazirliyi, Qaz nəzarəti xidməti, Layihə institu, Regional Qaz İdarəsi, Samux Rayon Qaz İdarəsi öz möhürləri ilə təsdiq etmişlər. Hər hansı bir nöqsan aşkar olunsaydı yəqin ki, yuxarıda adını qeyd etdiyim qurumlar mənim texniki şərtimi öz möhürləri və imzaları ilə təsdiq etməzdilər.

2-3 gün ərzində istixanaya qaz verilməzsə, nəticədə indiyə qədər çəkdiyimiz küllü miqdarda vəsaiti itirmiş olarıq və nəticədə mən müflis olaram.
........Təsərrüfatda daimi 40 işçi , mövsümü olaraq 20 dən çox işçi çalışır. Məhsulun batması 50-60 ailənin ac qalması ilə nəticələnə bilər.
2015-ci ilin əvvəllərində “Parabank”-dan 150.000 min manat kredit götürmüşəm. Onun da 20.000 min manatını Azəriqaz İB-nin məmurlarının təkidi ilə onlara verib istixanaya tənzimləyici qoymuşam.
Azəriqaz İB-nin rəhbərliyi tərəfindən istixananın qazının dayandırılması bir sahibkar kimi mənim müflis olmamla nəticələnə bilər.

Mən Azəriqaz İB-nin rəhbəri Əkbər Hacıyevə bir sual ünvanlamaq istəyirəm.
Azəriqaz İB-nin rəhbərliyi tərəfindən istixanaya verilən qazın xəbərdarlıqsız dayandırılması nəticəsində mənə dəyəcək zərəri (təxmini 200.000 manat) kim ödəyəcək. SİZ ya DÖVLƏT?
CƏNAB PREZİDENT! Vəziyətimizlə bağlı həyacan təbili çalaraq, 40 işçı adından sizdən kömək istəyirik təcili, təxirəsalınmaz tədbirlər görülməsi üçün, istixanaya qazın verilməsi üçün aidiyyəti qurumlara göstəriş vermənizi xahiş edirik”.

Geri qayıt