Əsas Səhifə > Sosial, Manşet > Gəncə Dövlət Universitetinin yeni rektoru kim olacaq

Gəncə Dövlət Universitetinin yeni rektoru kim olacaq


31-08-2015, 10:23
Gəncə Dövlət Universitetinin yeni rektoru kim olacaq
DİA.AZ: - Gəncə Dövlət Universiteti ilə bağlı qalmaqal səngimək bilmir. Qeyd edək ki, neşə müddətdir ki, GDU-da rəhbər problemi yaranıb. Daha doğrusu, Yadigar Əliyevin bu ali təhsil ocağından alınmasının ardından GDU-ya rektor təyin edilən Yusif Yusifov nəinki narazılıqları aradan qaldırmadı, əksinə, ona kifayət qədər inam bəsləyən təhsil naziri Mikayıl Cabbarovun özünü belə hədəfə gətirdi. Hər halda Yusifov Cabbarovun kadrı kimi tanınır. Amma eyni zamanda bu gün GDU rektorunun adı həm də ciddi maliyyə qalmaqallarında hallanır.

Bununla bağlı DİA.AZ-a danışan təhsil nazirliyindəki mötəbər mənbə iddia edir ki, istənilən halda, Mikayıl Cabbarov GDU-dakı vəziyyətə müdaxilə etmək qərarındadır. Bu müdaxilənin isə hansı sonluqla müşaiyət olunacağını təxmin etmək o qədər də çətin deyil.

Mənbənin dia.az-a söylədikləri: "Mikayıl Cabbarov artıq GDU-ya yeni rektor da müəyyən edib. Həmin çəxs hazırda nazirliyin aparatında çalışır və kifayət qədər təcrübəli bir fiqurdur. Belə bir təyinat baş verərsə, bu, o demək olacaq ki, nazirlik GDU-dakı şəraitin ekstremallığını artıq ictimailəşdirməkdən belə çəkindirmir".

Onu da bildirək ki, mənbə dəyişiklik qərarının bu ilin sonlarına qədər gerçəkləşəcəyini də istisna etməyib.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt