Əsas Səhifə > Sosial, Manşet > Faciənin ardından mələk libasında görünməyə çalışan Xaləddin İsgəndərov əslində kimdir?

Faciənin ardından mələk libasında görünməyə çalışan Xaləddin İsgəndərov əslində kimdir?


21-05-2015, 10:00
Faciənin ardından mələk libasında görünməyə çalışan Xaləddin İsgəndərov əslində kimdir?
DİA.AZ: - Azərbaycan acı bir faciəni yaşadı. Nə yazıq ki, bu faciə 15 insanımızın canını aldı. Üzüldük. Ağladıq, əsəblərimiz gərildi…

Təbii ki, prezidentin dünənki çıxışı, ortaya qoyduğu sərt mövqe bu faciənin səbəbkarlarına ən ağır cəzanı qarantiləməkdədir.

Faciənin ardından mələk libasında görünməyə çalışan Xaləddin İsgəndərov əslində kimdir?

Kimdir günahkarlar?

Təbii ki, ilk növbədə nəzərəə gələn sima Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur. Yanan binanın sakinləri ilə görüşdə özünü mələk kimi göstərməyə çalışan Xaləddin İsgəndərovun xalqdan uzaq birisi olduğunu biz hələ onun yetim-yesirin evlərini başlarına necə uçurduğu zaman görmüşük.

Xaləddin İsgəndərov Binəqədiyə başçı təyin olunandan sonra bu rayonda hansısa bir sakinin hətta öz evini təmir etdirməsi də müşkülə çevrilib.

Faciənin ardından mələk libasında görünməyə çalışan Xaləddin İsgəndərov əslində kimdir?

Xaləddin İsgəndərov gələndən bu rayonda daş üstünə daş qoymağın «icazəsinin qiyməti» də birə beş qalxdığından Binəqədi ərazisində onun dövrünə aid hansısa yeni tikilidən söhbət belə gedə bilməz. Əksinə, yaddaşlarda ancaq sökülən evlər və bu ev sahiblərinin fəryadı var…

Yanan binanın məlum üzlüklə üzlənməsi ənənəsi də Xaləddin İsgəndərova aiddir. Az pulla çox iş görmək istəyi köhnə vergi işçisi olan Binəqədi RİH başçısının insan həyatını zərrə qədərində nəzərə almaması 19 May faciəsindən aydın şəkildə göründü.

Bəli, bu adam xalqdan uzaq birisidir… Bütün parametrləri ilə…

Azər - DİA.AZ

Geri qayıt