Əsas Səhifə > Sosial, Manşet > "Akif Səlimov bilir ki, o, artıq axırıncı şansıdır qazanıb"

"Akif Səlimov bilir ki, o, artıq axırıncı şansıdır qazanıb"


4-04-2015, 11:59
"Akif Səlimov bilir ki, o, artıq axırıncı şansıdır qazanıb"
Laçın rayonundan olan bir sakinin adından Moderator.az-a prezident İlham Əliyevə ünvanlanan müraciət daxil olub.
Şikayətçilərin xahişini nəzərərə alaraq müraciəti olduğu kimi təqdim edirik:

Ağcabədi Taxtakörpü Laçın rayonu qış yataqları, Qarakeçdi obalarının sakinləri tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident və bütün Azərbaycan höküməti!

Biz bu didərginlik həyatını ulu öndər Heydər Əliyevin qayğısı, köməkliyi və göstərişləri əsasında birtəhər çətinliklə də olsa yaşayır və ulu öndərə daim Allahdan rəhmət diləyirik. Bu zona yarımsəhra xarakterlidir. Burada ilin dörd yox, iki fəsli var. İsti yay və soyuq qış fəsilləri mövcuddur. Bu zona insan yaşayışı üçün deyil. Tarixlər boyu bu zonada insan yaşamayıb. Qış aylarında köçəri maldarlar noyabr ayında bura gəlib, aprel ayının ortalarında hərə öz yerlərinə köçüb gedirdilər.

Hökümətin köməkliyi əsasında birtəhər biz burada yaşayırdıq. Son iki ildir ki, hansısa təsadüfdən Laçınlı polis polkovniki 62 yaşlı, istefada olan Akif Səlimov bu rayona rayon icra başçısı gəldi. Məlumdur ki, Laçın əhalisinin 60-70 faizi imkan tapanlar köçüb Bakı, Sumqayıt şəhərləri ətrafına, Respublikanın digər regionlarına köçüb getmişlər. Qalan 40-30 faiz əhalini isə Akif Səlimov başçı gələndən sonra məcburi surətdə buradan qovub. Rayonun bu ərazidə təqribən 30 min hektar torpaq sahəsi var. Səlimov Akif həmin torpaq sahəsini zəbt edib, əhalinin əlindən aldı. Özünə şəxsi fermalar tikdi, bir neçə yatağı özü zəbt etdi. Qaçqınların istifadəsində olan torpağı 100 hektarlarla bu zonada yaşamayan adamlara satdı. Səlimov Akif 30 min əhalidən alıb məhv etdi. Torpağı məhv etdilər. Torpaqdan kortəbii şəkildə vəhşicəsinə istifadə edib şoranlaşdıraraq istifadədən çıxartdılar. Bununla da burada kənd təsərüffatı ləğv edildi. Olan-qalan əkinçilik- heyvandarlıq ləğv edildi. Əhalinin dolanışığına son qoyuldu. Akif Səlimov bilir ki, o, artıq axırıncı şansıdır qazanıb. O, bildirir ki, artıq 65 yaşı var. Axırıncı şansıdır. Bu ərazidə səhiyyə, təhsil, mədəniyyət, yol, su təsərüffatı, sosial müdafiə, məişət xidməti, bank və sair idarələrin fəaliyyətini iflic edib. Bu idarələr zəruri lazımdır, lakin Səlimov Akif bunların fəaliyyətini iflic edib. Bu idarələr xalqa yox, Səlimov Akifə xidmət edir. Səlimov Akif xalqa yox, mərkəzdə kiməsə nə qədər arxayındır ki, yığıncaqlarda əhaliyə bildirir ki, mən beləyəm, gedin şikayət edin, şikayət etməyən kişi deyil. Əhalinin gözünü qırmaq üçün hökuməti vecinə almadığını bildirir. Əhalini hökümətdən narazı salır. Seçkiləri indidən saxtalaşdırmağa çalışır. İnzibati orqanları rayonda iflic halına salıb.

Dövlətin rayona ayırdığı maliyyə vəsaitini saxta yollarla özü öz tərəfdarları ilə mənimsəyir. İdarə müdirlərini təcürbəsiz, ixtisası, diplomlar olmadan savadsız adamlara pul ilə satır.Vicdanlı, savadlı, təcürbəli ya yaşlı ya da cavan şəxsləri rayondan zorla şər, böhtanla qovur. Özünə sərbəst mühit şərait yaradır. Ərazidə yollar, elektrik, su yox, ya da bərbaddır, vəziyyəti qəsdən pisləşdirir. Əhalini bu ərazilərdən qovur. Qanunları özündən tələb edəndə özü təyin etdiyi idarə təşkilat rəhbərlərini yığıb saxta qərarlar qəbul edir. Vicdanlı adamlara şər -böhtan atdırır. Polis zabiti təcürbəsindən istifadə edib əhalini təzyiq altında saxlaya bilir.

İMZALAR:

Məmmədov Elburus 051-797-67-32
Məmmədov Vüqar 050-529-14-29

Geri qayıt