Əsas Səhifə > Sosial, Manşet > Parlamentin yeni tərkibi fərqli olacaq - Hakimiyyət dəyişiklik qərarı verib

Parlamentin yeni tərkibi fərqli olacaq - Hakimiyyət dəyişiklik qərarı verib


6-03-2015, 10:03
Parlamentin yeni tərkibi fərqli olacaq - Hakimiyyət dəyişiklik qərarı verib
DİA.AZ: - Qarşıdan gələn parlament seçkiləri artıq indidən bir çox deputatlarda təlaşa nədən olub ki, bu da səbəbsiz deyil. Bu barədə DİA.AZ-a danışan bilgili qaynağın iddialarından belə anlaşılır ki, hakimiyyət öz deputat heyətində köklü dəyişikliklər etməyi planlaşdırır ki, bunun da nəticəsində təxminən 30-a yaxın deputatın təkrarən Milli Məclisin tərkibində yer alması imkansıza çevrilir.

Məlumatlı mənbə dia.az-a bildirir ki, iqtidar dairələrinin belə bir qərarı verməsinə nədən köhnələrdə baş verən siyasi proseslərdir. Mənbənin söylədikləri:

«Təbii ki, burada hakimiyyət daxilində cərəyan edən və planlaşdırılan dəyişikliklərin mühüm rolu var. Məsələn, hansısa iri ranqlı məmur sıradan çıxarılıbsa, ona yaxın olan deputatın parlamentin yeni tərkibində yer alması mümkün olmayacaq. Eləcə də nurçu və digər bu kimi ələmələr zamanı da hədəfə çevrilən qruplaşmanın yenidən Milli Məclisdə təmsilçiliyi şübhəlidir».

Mənbə iddia edir ki, bununla yanaşı, bir neçə iş adamının da qələmi qırılmış hesab oluna bilər: «Onların arasında Ülvi Quliyev, Cavanşir Feyziyev və daha iki deputatın adı ön sırada gəlir».

Bundan əlavə, Əli Əhmədov, Cavid Qurbanov, Mübariz Qurbanlı və digər bu kimi vəzifə alan deputatların da yeniləri ilə əvəzələnəcəyi gözlənilir.

Dia.az bildirir ki, redaksiyamıza hakimiyyətin Milli Məclisin yeni heyətində görmək istəmədiyi deputatlarla bağlı müəyyən bilgilər də verilib. Bu faktlar əsasında oxucularımızın diqqətinə parlamentə düşməyəcəklərin siyahısını yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt