Əsas Səhifə > Sosial, Manşet > Vergilər nazirliyi Astarada 40-a yaxın iş yerinə böyük həcmdə cərimə kəsib

Vergilər nazirliyi Astarada 40-a yaxın iş yerinə böyük həcmdə cərimə kəsib


5-03-2015, 10:04
Vergilər nazirliyi Astarada 40-a yaxın iş yerinə böyük həcmdə cərimə kəsib
DİA.AZ: - Redaksiyamıza şikayət edən Astara sakinləri bildirirlər ki, manatın məzənnəsinin aşağı salınması onlara çox ciddi problemlər yaradıb. Belə ki, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev manatın qiymətinin qalxmasının ardından yerli sahibkarlara ismarıc yollayaraq, onlara sərt xəbərdarlıq edib ki, bu da şikayətlərə nədən olub.

DİA.AZ-a yazan narazı astaralıların yolladıqları müraciətdə deyilir:

«Qəzənfər Ağayev rayondakı iri və orta sahibkarları, fermer təsərrüfatı sahiblərini qiymətləri qaldırmamağa çağırıb. Amma bunun əvəzində başçının adından sahibkarlardan hər ay toplanan aylıqlar qalxıb».

İş adamları bildirir ki, bu da azmış kimi vergilər nazirliyinin yerli nümayəndəliyi də son günlər onlar üçün əlavə problemlər yaratmaqdadır: «Təkcə bu həftə ərzində vergilər nazirliyi tərəfindən Astara rayon mərkəzində 40-a yaxın iş yerinə, obyektə böyük həcmdə vergi cəriməsi kəsilib. Biz iddia etmirik ki, cərimələr qanunsuzdur. Amma buna qədər məhz həmin qanunsuzluqlara görə, dəfələrlə vergilər nazirliyinin əməkdaşlarına «hörmət» etmişik. Biz belə bilsəydik, elə sənədlərimizi qaydasında tutardıq.

İndi isə dünənə qədər pul verdiyimiz adamlar özlərini elə aparırlar ki, sanki bunlar göydən gəlib, bir mələkdirlər. Burada Qəzənfər Ağayev də birbaşa maraqlı tərəfdir. Çünki rəsmi kəsilən cərimənin ödənişi ilə kifayətlənmirlər, cərimənin tən yarısı qədərində də «hörmət» istəyirlər».

Daha sonra dia.az-a yazan narazı astaralılar bildirir ki, dünən bununla bağlı etirazlarını icra başçısına çatdırıblar: «İndi onların adamlarından xəbər gözləyirik»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt