Əsas Səhifə > Sosial, Manşet > Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır?

Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır?


18-02-2015, 10:32
Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır?
DİA.AZ: - Hələ keçənlərdə informasiya verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin (RİH) başçısı Zakir Fərəcovla bağlı «yuxarılar»ın qərarı olacaq. Bildirək ki, rayon rəhbərinin keçənilki maliyyə hesabatında kəsir yaranıb ki, bu da ortaya böyük yeyinti faktını çıxarıb.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər qaynağın iddialarına görə, Zakir Fərəcov vəzifə başında qala bilməsi üçün bütün vasitələrə əl atmaqdadır: «Hətta ölkə rəhbərliyinə müxtəlif jestlər də təşkil edir ki, bu da əksər hallarda çox ucuz alınır. Yəni icra başçısının işinə yaramaqdansa, əksinə, əleyhinə işləyir».

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, hər yerdə «mən prezidentin adamıyam» deyərək vəziyyətdən çıxmağa çalışan Zakir Fərəcovun adı bir neçə qalmaqallı işdə də keçməkdədir: «Məsələn «Sevil» Massivi məsələsində və daha bir neçə böyük maliyə qalmaqalında Abşeron RİH başçısı kifayət qədər ciddi problemlərlə üzləşib. Amma hələlik ona qarşı hansısa addım atılmır».

Mənbənin iddialarına görə, buna səbəb isə parlament seçkiləri ərəfəsinə hakimiyyətin yerli icra trukturları ilə bağlı ümumi planının hazırlanmasıdır: «Yəni hakimiyyət parlament seçkiləri prosesinə ümumi konteksdən yanaşır və bu seçkilər ərəfəsində hansı rayonların rəhbərliyində dəyişiklik edilməlidir, bu müəyyən olunur və bu zaman ümumi qərar veriləcək. Elə bu səbəbdən də Zakir Fərəcov da digər «vurulacaqlar» kimi vəzifə başında müəyyən müddətə qalma şansı əldə edib».

Mənbənin dia.az-a söyldəiyinə görə, amma yekun qərar ən uzağı mart ayının əvvəlində açıqlanacaq: «Artıq 20-yə yaxın rayonun rəhbərinin taleyi müəyyən olunub».

Bütün bu iddialarla bağlı maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt