Əsas Səhifə > Sosial, Manşet > Bakıda müştəriləri ələ salan restoran var - «Badam»ın rəhbərliyini dövlətin qanunları maraqlandırmır?

Bakıda müştəriləri ələ salan restoran var - «Badam»ın rəhbərliyini dövlətin qanunları maraqlandırmır?


3-02-2015, 09:47
Bakıda müştəriləri ələ salan restoran var - «Badam»ın rəhbərliyini dövlətin qanunları maraqlandırmır?
DİA.AZ: - Redaksiyamıza maraqlı bir şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən Bakı sakini Ənvər Kərimov bildirir ki, o, davamlı olaraq dincəlmək üçün, boş vaxtlarını keçirmək üçün müraciət etdiyi ünvandan - «Badam» restoranından şikayətçidir.

Bakı sakini yazır: «Hər axşam işdən çıxanda dostlarımızla burada toplaşardıq. Çünki sakit yer idi. Doğrudur, digər kafe və restoranlarla müqayisədə çox bahalıqdır. Ona görə də biz bir-iki çaynik çay içməklə iş yorğunluğumuzu qaldırırdıq».

Şikayətçi bildirir ki, bir çaynik çayı 6 manata satan restoran rəhbərliyi onsuz da yetərincə qazanır: «Görünür, bu qazanc onlara bəs olmayıb. Dünəndən isə yeni qayda ilə bağlı bütün müştəriləri xəbərdar etdilər ki, bəs sabahdan ( yəni bu gündən -red.) etibarən «Badam» restoranında müştərilər ən azından 30 manatlıq çay dəstgahı almasalar, otura bilməyəcəklər.

Buna etiraz etdik. Amma aldığımız cavab maraqlı oldu. Bizə açıq şəkildə dedilər ki, rəhbərliyin qərarıdır. Dedik ki, onsuz da sizin qiymətləriniz dövlətin müəyyən etdiyi qiymət həddi ilə uyğunlaşmır. Bildirdilər ki, dövlət bizim əvəzimizdən «arendanı» ödəmir».

Vətəndaş bildirir ki, elə dünən axşamdanca yeni gələn müştərilərə yeni qaydaları tətbiq etməyə başlayan «Badam»ın işçiləri məcburi qaydada 30 manatlıq çay dəstgahı satıblar: «Təbii ki, ora özəl müəssisədir. Amma Azərbaycan dövlətinin ərazisidir. Mən demirəm ki, burada hansı qanunsuzluqlardan çıxırlar. Lakin bir məsələ var ki, «Badam» da Azərbaycan qanunlarına hörmət edib, istehlakçıların da hüquqlarını nəzərə almalıdır».

Qeyd edək ki, vətəndaşın narazılıq etdiyi "Badam" restoranı S.Əskərova küç.,146-1 ünvanında yerləşir...

Qarşı tərəfi dinləməyə hazırıq…

Geri qayıt