Əsas Səhifə > Sosial, Manşet > Hakimiyyət problemli icra başçıları ilə parlament seçkilərinə getməyəcək
Hakimiyyət problemli icra başçıları ilə parlament seçkilərinə getməyəcək19-01-2015, 09:57 |
DİA.AZ: - «Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayonda biabırçı vəziyyət yaradıb. Hətta vəziyyət o həddədir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olan Ənvər Seyidəliyev bu gün həm də barəsində ən çox şikayət olunan icra başçılarının sırasında ilk beşlikdə qərar tutub». Bunu DİA.AZ-a hökumətdəki məlumatlı mənbə açıqlayıb. Xəbəri verən qaynaq bildirir ki, davamlı olaraq yuxarı instansityalar əyalətlərdəki durumu təftiş edir, analiz aparırlar. Bütün faktlar və incə məqamların nəzərə alındığını bildirən mənbə dia-az.site-a açıqlamasında onu da əlavə edib ki, hansısa icra başçısı onunla bağlı şikayətlərin artmasından əndişə keçirmirsə, yanılır: «Vəziyyət heç də onların təxmin etdikləri kimi deyil. Yəni kimsə toxunulmaz deyil və hansısa icra başçısını söykəndiyi iri məmur son anda xilas edə bilməz. Əgər dəyişiklik qərarı verilirsə, bunun qarşısını hansısa söykənəcək rolunu oynayan oliqarx-məmur ala bilmir. Bu bir faktdır. Və fakt olanı həm də odur ki, barəsində şikayətləri artan rayonun icra başçısı ilə bağlı yuxarılar təcili tədbir görürlər». Belə bir mühüm qərarın Ağsunun icra başçısı ilə bağlı da verilə biləcəyi ehtimalına toxunan mənbə dia-az.site-a məlumatında onu da əlavə edib ki, hakimiyyət heç də bu şəkildə problemli icra başçısı ilə qarşıdan gələn parlament seçkilərinə getməz… Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |